Bu gün Türkiyə faiz qərarını açıqlayacaq - sürpriz gözlənilir?
Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCM) faiz qərarını açıqlayacaq.
Marja xəbər verir ki, bazarlar Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının bugünkü toplantısından hər hansı sürpriz gözləmir. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının aprel toplantısında faiz dərəcəsini 14% səviyyəsində sabit saxlayacağı gözlənilir.
Eyni zamanda FED-in pul siyasətini aqressiv sərtləşdirməsi qlobal bazarlarda qiymətlərdə dəyişikliyə səbəb olur.
Sorğuya görə, TCMB-nin əsas faiz dərəcəsi ilin sonuna qədər dəyişməyərək 14 faiz səviyyəsində qalacağıdır.
Bir sıra qurumlar hesab edirlər ki, TCMB avqust ayından etibarən faiz endirimlərinə başlayaraq siyasət faizini ilin sonuna qədər 9%-ə endirəcək. Eyni zamanda, 2022-nin sonunda faizin 22-yə yüksələcəyini gözləyən qurumlar da var.
Ötən ilin sonunda TCMB faizini tədricən 5 bənd azaldaraq 14 faizə endirmişdir. Faiz azaldılması Türk Lirəsinin ucuzlaşmasına səbəb olmuş və inflyasiyanı artırmışdır. Martda Türkiyədə inflyasiya 61,1% təşkil edib.
Rusiyanın fevral ayında Ukraynaya müdaxiləsindən sonra qlobal enerji xərclərinin artması qiymət artımlarını daha da artırıb.
İnflyasiyanın artmasına baxmayaraq, TCMB 2022-ci ildə, son üç iclasında siyasət faizində dəyişiklik etməyib. Bank faiz dərəcəsini dəyişdirə biləcəyi ilə bağlı heç bir siqnal verməyib.
"Goldman Sachs" cümə günü açıqladığı hesabatda aprel iclasında faiz dərəcələrində dəyişiklik gözləməyəcəyini bildirib.
“Türkiyə rəsmiləri aşağı faizlərə üstünlük versələr də, inflyasiya artmaqda və cari əməliyyatlar balansı pisləşməkdə davam etdiyi üçün faiz dərəcəsinin aşağı salınmasının mümkün olmadığını düşünürük”.
Bir sıra ölkələrin mərkəzi bankları isə artan inflyasiyaya qarşı faizi artırırlar. Yeni Zelandiya ,Kanada, Cənubi Koreya Mərkəzi Bankı faizi kəskin artırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 57 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















