"Aİ xəbərdarlıq edib ki, qazın pulunu rublla ödəmək Rusiyaya qarşı sanksiyaları pozacaq"
Avropa İttifaqı (Aİ) Birlik ölkələrinə xəbərdarlıq edib ki, Rusiya prezidenti Vladimir Putinin dost olmayan ölkələrin Rusiya qazının pulunu rublla ödəməsi tələbi Rusiyanın Ukraynadakı hərbi əməliyyatına görə blokun Moskvaya qarşı tətbiq etdiyi mövcud sanksiyaları pozacaq.
Marja xəbər verir ki, bu barədə cümə axşamı mənbəyə istinadən Bloomberg məlumat yayıb.
Avropa Komissiyası prezident Putinin fərmanının təhlilini iştirakçı ölkələrə təqdim edib. Təhlildə bildirilib ki, yeni ödəniş mexanizmi Rusiya hökuməti, Mərkəzi Bankı, eləcə də digər təşkilat və şəxslərə qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirləri pozacaq.
Avropa Komissiyasının fikrincə, fərman Rusiya dövlətinə qaz sövdələşməsinin nə vaxt başa çatacağına və alıcının hansı məqamda öhdəliklərdən azad ediləcəyinə tam nəzarət edə biləcək yeni hüquqi vəziyyət yaradır.
Martın 31-də Rusiya prezidenti Vladimir Putin aprelin 1-dən Rusiya qazının qeyri-dost ölkələrdən alıcılar tərəfindən ödənilməsinin yeni qaydasını müəyyən edən fərman imzalayıb. İndi belə dövlətlər xarici valyuta vəsaitlərilə birjada rubl alıb Qazprombank-a köçürməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 13 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb





















