"Rusiyaya qarşı sanksiyalar ABŞ-da inflyasiyanı artıra bilər"
"Bu, noyabrda keçiriləcək aralıq Konqresə seçkilər ərəfəsində ABŞ prezidenti Co Baydenin administrasiyası və Demokratlar üçün çətinləşik yarada bilər".Rusiyaya qarşı sanksiyalar ABŞ-da inflyasiyanın daha da artmasına səbəb ola bilər və bu, ABŞ prezidenti Co Bayden administrasiyası və noyabrda keçiriləcək Konqresə aralıq seçkilər öncəsi Demokratlar Partiyası üçün çətinliklər yarada bilər.
Marja xəbər verir ki, belə bir qiymətləndirmə çərşənbə günü "The Washington Post" qəzetində dərc olunan məqalədə bildirilir.
Məqalədə qeyd edilib ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə bağlı “sanksiyalar və iqtisadi ziyan” “siyasi baxımdan Bayden üçün əlavə başağrısına çevrilib. Məqalədə deyilir ki, bu, ABŞ-dakı “inflyasiya və iqtisadi böhranla bağlı qorxulardır”.
"Artıq 40 ilin ən yüksək səviyyəsinə çatan inflyasiya artmaqda davam edir", - qəzet qeyd edir.
Nəşr qeyd edir ki, “qiymət artımının bir neçə amili var ki, onların çoxu Rusiyanın Ukraynanı işğal etməsindən xeyli əvvəl mövcud olub.”
Sanksiyalar üzrə ekspertlər qeyd edirlər ki, Rusiyaya qarşı sanksiyaların ABŞ-a necə təsir etdiyini dəqiq müəyyən etmək çətindir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən dünya iqtisadiyyatı üzrə ekspert Uilyam Ranç deyib ki, insanlar panikaya düşür, bu da inflyasiyanı daha da artırır.
Məqalədə deyilir: “Müharibə və pandemiya bunun əsas hərəkətverici qüvvəsidir, lakin sanksiyalar, xüsusən də son dərəcə sərtləşdirildiyi üçün, enerji və ərzaq məhsulları kimi müxtəlif sahələrdə qiymətləri artıra bilər”.
ABŞ Əmək Departamentinin məlumatına görə, ölkədə illik inflyasiya fevraldakı 7,9%-dən 2022-ci ilin martında 8,5%-ə qədər sürətlənib.
"Bu o deməkdir ki, Baydenin Rusiyanı Ukraynanı işğal etdiyinə görə cəzalandırmaq istəyi qiymət artımlarını cilovlamaq səyləri ilə toqquşa bilər ki, bu da Demokratların Konqresin bir və ya iki palatasına nəzarəti itirməsinə səbəb ola bilər. Bu, sadə həlli olmayan ciddi siyasi problemdir”.
"Bayden qiymətlərin artmasında müharibəni günahlandırmağa çalışır, lakin görünür, bu, seçicilərdə rezonans doğurmur", - məqalədə vurğulanır.
Qeyd edilib ki, Baydenin Rusiya neftinin ABŞ-a tədarükünə qadağa qoyması "simvolik qərar idi", eyni zamanda yanacağın bahalaşmasına səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 56 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























