Yeni Biznes-jurnalistika proqramına start verdilər
Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın "British Council" ilə birgə həyata keçirdiyi Biznes Jurnalistikası layihəsi çərçivəsində ilk təlimləri başa çatmışdır. Bu il layihə çərçivəsində AzərTAc, APA, ARB, Space TV, SIA,Trend daxil olmaqla, Azərbaycanın bir neçə aparıcı KİV təmsil edən 12 jurnalist layihədə iştirak üçün seçilmişdir.
Layihə çərçivəsində seçilmiş jurnalistlər növbəti aylar ərzində peşəkar və rəqəmsal media bacarıqları üzrə təlimlər keçəcəklər. Jurnalistlər hər biri 5 gün olmaqla ümumilikdə Bakıda üç təlim sessiyalarında və sonda Birləşmiş Krallıqda bir həftəlik təlim səfərində iştirak edəcəklər. Növbəti təlimlər 2017-cil ilin yanvar ayında təşkil ediləcəkdir.
Qeyd edək ki, Biznes Jurnalistikası layihəsi PAŞA Bank və British Council ilə birgə uğurlu əməkdaşlıqda artıq altı ildir ki, həyata keçirilir və bu müddət ərzində Azərbaycanın 60-a yaxın jurnalisti xüsusi hazırlanmış proqram üzrə peşəkar media qabiliyyətləri və bacarıqları üzrə təlimlərdə iştirak etmişdir. Layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın Thomson Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















