Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı

Maliyyə Nazirliyi 2022-ci ilin 1-ci rübündə Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumat yayıb.
Qeyd edilib ki, 2022-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7 milyard 9,6 milyon manat, xərcləri 5 milyard 629,5 milyon manat olmuş, 1 milyard 380,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır.
Gəlirlər
2022-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7 milyard 9,6 milyon manat və ya rüblük proqnoza qarşı 417,7 milyon manat (6,3 faiz) çox icra olmuşdur. Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 273,2 milyon manat və ya 22,2 faiz çoxdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 802,2 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 538,9 milyon manat və ya 23,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 716,5 milyon manat və ya 34,4 faiz çoxdur. Həmin vəsaitin 80,1 faizi və yaxud 2 milyard 244,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 737,7 milyon manat və ya 49,0 faiz çox olmuşdur.
2022-ci ilin 1-ci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 232,0 milyon manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 236,0 milyon manat və ya 23,7 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 288,4 milyon manat və ya 30,6 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən dövlət büdcəsinə 165,1 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 50,1 milyon manat və ya 43,6 faiz çoxdur.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 53,3 milyon manat vəsait daxil olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 3 milyard 180,0 milyon manat məbləğində transfertə qarşı 2 milyard 757,0 milyon manat məbləğində transfert daxil olmuşdur. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 423,0 milyon manat və ya 13,3 faiz az istifadə olunmasına imkan vermişdir.
Hesabat dövründə dövlət büdcəsinin profisiti proqnozlaşdırılan 903,5 milyon manatdan 476,6 milyon manat artıq olmaqla 1380,1 milyon manat təşkil etmişdir.
Xərclər
2022-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5 milyard 688,3 milyon manat proqnoza qarşı 5 milyard 629,5 milyon manat və ya 99,0 faiz icra edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 105,8 milyon manat və ya 1,9 faiz çoxdur.
2022-ci ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 4 milyard 186,5 milyon manatı və ya 74,4 faizi cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 166,1 milyon manat və ya 4,1 faiz çox), 1 milyard 94,2 milyon manatı və ya 19,4 faizi əsaslı xərclərə, 348,8 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 48,7 milyon manat və ya 12,3 faiz az) yönəldilmişdir.
Cari ilin 1-cü rübündə sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 49,3 faizini (2021-ci illə müqayisədə 1,3 faiz-bənd çox) təşkil etməklə 2774,0 milyon manat məbləğində icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 122,4 milyon manat və ya 4,6 faiz çoxdur.
Cari ilin 1-ci rübündə dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilmişdir.
İcmal büdcə
2022-ci ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 7 milyard 960,3 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 991,5 milyon manat və ya 14,2 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 6 milyard 309,1 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 387,8 milyon manat və ya 6,5 faiz çoxdur.
İcmal büdcədə 1 milyard 651,2 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
21 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
12 d. əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
-
17 d. əvvəl
"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
-
59 d. əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
-
1 saat əvvəl
Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib
-
2 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Fed-in faiz endirimi və bazarlara təsiri: Analitik baxışı

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
