Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

AccessBank Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulub

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) AccessBank “Yaşıl Marafon” ağacəkmə aksiyasına qoşulub.

Ümumrespublika Yaşıllaşdırma Marafonu çərçivəsində baş tutan aksiyada Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə maliyyə sektorunu təmsil edən Assosiasiyalar Müşfiqabad qəsəbəsində 8 hektar ərazidə 6000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.

Ümumilikdə 51.4 hektar ərazidə əkiləcək ağaclar üçün damcılı suvarma sisteminin qurulması nəzərdə tutulur.

Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Assosiasiyalar arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair 22 fevral 2022-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə AccessBank-ın Xırdalan filialında müştərilərə tinglər hədiyyə edilib. Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər vətəndaşlara tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarını izah edib.

12.04.2022 14:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18