Heyva bağlarının güzəştli sığortası başlayıb - ŞƏRTLƏR, QİYMƏTLƏR, MƏBLƏĞLƏR
Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq heyva bağlarını sığorta etməyə başlayıb. Əkin sahələrində olduğu kimi, heyva bağlarının sığortasında da sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.
Aqrar sığorta heyva bağlarını çoxsaylı risklərdən qoruyur. Bura dolu, donvurma (şaxtavurma), sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, normadan artıq yağan qar, doluvurmadan keyfiyyət itkisi, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.
Heyva bağlarının sahibləri onu baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq donvurma (şaxtavurma) halından, dolu vurması nəticəsində keyfiyyət itkisindən, bitki xəstəlikləri və zərərvericilərdən, eləcə də ağacların özünü ayrı-ayrılıqda sığorta edə bilərlər.
Heyva Azərbaycanın demək olar ki, bütün ərazilərində yetişdirilir. Ölkədə ümumilikdə 4308 hektar heyva bağı var, bunun 4003 hektarı bar verir.
Ölkədə «heyvanın vətəni» Ucar rayonunu saymaq olar. Burada 702 hektar heyva bağı və ya ölkədəki bütün heyva bağlarının 16%-i yerləşir.
Göyçay rayonunda 219 hektar, Ağdaşda 169 hektar, Şabranda 156 hektar, Saatlı rayonunda 144 hektar, Kürdəmirdə 141 hektar, Şəkidə 129 hektar, Biləsuvar rayonunda isə 108 hektar heyva bağı var.
Hətta Bakının rayonlarında 90 hektardan artıq heyva bağı var. Paytaxtda heyva bağları Xəzər, Qaradağ, Binəqədi, Sabunçu rayonlarındadır.
Hər il heyva bağlarından 42 min tona yaxın məhsul yığılır. 1 hektardan məhsuldarlıq 105 sentner və ya 10,5 ton ətrafındadır. Heyva bağlarından ən yüksək məhsuldarlıq Hacıqabulda (1 hektardan 295 sentner və ya 29,5 ton), Şəmkir (289 sentner) və Sabirabad (249 sentner) rayonlarında əldə edilir.
Heyvaçılığa maraq artmaqdadır, təkcə ötən il 75 hektardan artıq yeni heyva bağı salınıb. Yeni heyva bağları ən çox Göyçay (27 hektar), Ordubad (8 hektar), Şəmkir (15 hektar) rayonlarında yaradılıb.
Heyva bağlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,60%-5,46% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Mərkəzi Aran bölgəsində sığorta tarifi 2,63% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Misal: məhsuldarlığı 100 sentner, 1 sentnerin qiyməti 20 manat, yəni ümumilikdə 2 000 manatlıq miəhsul gözləniən heyva bağının baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 52-110 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 26-55 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, femerə 1 800 manatadək sığorta ödənişi edilə bilər.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik kalkulyatoru» bölməsində hesablaya bilərlər.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
46 d. əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
2 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı











.jpg)




.jpg)




