Türkiyədə illik inflyasiya 61%-ə yüksəlib
Türkiyə Statistika Təşkilatı (TÜİK) mart ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb. Ölkədə illik inflyasiya (ötən ilin mart ayı ilə müqayisədə 2022-ci ilin mart ayında) 20 illik pik səviyyəsini yeniləyərək 61,14 faizə çatıb. Mart ayında ən yüksək qiymət artımı yanacaq məhsullarında baş verib.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, il ərzində ən çox nəqliyyat xidmətləri, qida və alkoqolsuz içkilər, o cümlədən mebel və məişət ləvazimatları bahalaşıb.
2021-ci ilin mart ayı ilə müqayisədə 2022-ci ilin mart ayında Türkiyədə inflyasiya illik 61,1% təşkil edib. Marja xəbər verir ki, bu barədə bazar ertəsi TÜİK məlumat yayıb.
Fevral ayı ilə müqayisədə mart ayında inflyasiya aylıq 5,4%, ötən ilin dekabrından isə qiymətlər 22,8% artıb. 2021-ci ilin mart ayının məlumatlarını əsas götürsək, 12 ay ərzində qiymət artımı 61,1% təşkil edib.
İl ərzində ən çox nəqliyyat xidmətləri (99%), ərzaq və alkoqolsuz içkilər (70,3%), mebel və məişət əşyaları (69%) bahalaşıb.
Fevralın əvvəlində Türkiyə Statistika Təşkilatı 2022-ci ilin yanvarında ölkədə illik inflyasiya səviyyəsinin 48,69% olduğunu açıqlayıb. Bu rəqəm o zaman 2002-ci ildən bəri rekord idi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, hazırda respublikanın əsas problemi inflyasiyadır. O, yüksək faiz dərəcələrini hakimiyyət orqanlarına inflyasiyanı effektiv şəkildə azaltmağa və lirənin ucuzlaşmasını dayandırmağa mane olan ciddi problem kimi görür. Dövlət başçısı dəfələrlə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqdan imtina etdiyinə görə tənqid edib, baxmayaraq ki, bank bu rəqəmin istehlak qiymətlərinin artmasının və milli valyutanın ucuzlaşmasının əsas səbəbi olmadığını izah edib. Bu baxımdan, Mərkəzi Bank uçot dərəcəsini azaltmaqda son dərəcə istəksizdir.
XXX
Yüksək enerji və ərzaq qiymətlərilə Türkiyədə inflyasiya daha bir səviyyəni keçib.
Marja Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına istinadən xəbər verir ki, mart ayında illik istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 61,14 faiz olub.
Marja xəbər verir ki, aylıq artım (fevral ayı ilə müqayisədə) 5,46 faiz təşkil edib.
Baza inflyasiyası mart ayında da artmağa davam edib. Baza inflyasiya 48,39 faiz olaraq qeydə alınıb.
Mart ayında illik istehsalçı qiymətləri indeksi (itehsal inflyasiyası göstəricisi) üç rəqəmli səviyyəyə çatıb. İstehsalçı inflyasiyası mart ayında 114,97 faizə yüksəlib. Aylıq istehsalçı qiymətlərində artım 9,19 faiz təşkil edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
6 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
8 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
8 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
8 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
9 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
