Azərbaycanda mobil operatorlar üçün 4G və 5G lisenziyalarının qiyməti məlum olub
Azərbaycanda mobil operatorlar üçün 4G və 5G lisenziyalarnın qiyməti 1 milyon manatdır“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5G texnoloji standartının tətbiqi ilə sellülar (mobil) rabitə xidmətlərinin təşkilinə lisenziyanın verilməsi üçün mobil operatorlardan müraciət daxil olmayıb”.
Bu barədə sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
"Lisenziyaların verilməsi “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun həyata keçirilir. Hazırda bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da 5G texnoloji standartının tətbiqi üçün hazırlıq işləri aparılır. Bu istiqamətdə artıq konseptual sənəd hazırlanıb. Bu sənədə şəbəkənin tətbiqi, standartları, tezliklərin paylanması ilə bağlı bütün məsələlər daxil edilib. Bundan əlavə, bu sənəddə texnologiyanın tətbiqi barədə məsələlər də əks etdirilir. Bu şəbəkədə hansı cihazların istifadə oluna biləcəyi göstərilir, bəzi digər məsələlər əks etdirilir”, - deyə qurum bəyan edib.
Xatırladaq ki, hazırda Azərbaycanda 4 mobil operator mövcuddur ki, onlarda 3-ü ("Azercell", "Bakcell" və "Azərfon") bütün ölkə, 1-i ("Naxtel") isə yalnız Naxçıvan MR ərazisində fəaliyyət göstərir. Ümumölkə mobil operatorlarının təqdim etdiklərii 4G şəbəkəsi isə ölkənin 80%-dən çox ərazisini əhatə edir.
Məlumata görə, hazırda Azərbaycanda mobil operatorlar üçün 4G və 5G lisenziyalarnın qiyməti 1 milyon manatdır. 3G üçün isə lisenziya isə bir qədər ucuzdur. RİNN lisenziyaların qiymətləri ilə bağlı şərh verməyib.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
16 d. əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 23 d. əvvəl
- 27 d. əvvəl
-
56 d. əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
1 saat əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Ən çox oxunanlar
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanda 5 bankın hər birinin problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb




















