“Xalq Sığorta” 5 milyon manatdan çox xalis mənfəət açıqladı
“Xalq Sığorta” ASC 2021-ci ili 5 milyon 29 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, “Xalq Sığorta” Şirkəti 2020-ci ili 8 milyon 61 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması sığorta ehtiyatına ayrılan vəsait və sığorta ödənişlərinin artması ilə əlaqədardır.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Xalq Sığorta”nın cəmi əməliyyat gəlirləri 38 milyon 29 min manat, cəmi əməliyyat xərcləri 33 milyon manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 38 milyon 117 min manat, cəmi əməliyyat xərcləri 30 milyon 342 min manat təşkil etmişdi.
Eyni zamanda, Şirkət ötən il sığorta ehtiyatının yaradılmasına gəlirlərindən 940 min manat ayırıb (2020-ci ildə ehtiyatdan azad olmuş 4 milyon 212 min manat gəlirə əlavə edilmişdi)
YIĞIMLARI ARTIB
2020-ci ildə "Xalq Sığorta"nın hesabladığı sığorta haqları 31 milyon 185 min min manat ikən, 2021-ci ildə 35 milyon 633 min manata yüksəlib.
"Xalq Sığorta"nın sığorta ödənişləri isə 2020-ci ildə 17 milyon 840 min manat ikən, 2021-ci 21 milyon 820 min manat təşkil edib.
2005-ci ildən başlayaraq "Xalq Sığorta" ASC universal sığorta şirkəti kimi uğurla öz fəaliyyətini həyata keçirir. Şirkət 20-dən artıq könüllü və 3 icbari sığorta növünü uğurla gerçəkləşdirir. Xalq Sığorta ASC Azərbaycan sığorta bazarının iri iştirakçılarındandır, onun ödənilmiş nizamnamə kapitalı 58 milyon 750 min 500 manat təşkil edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
- 29 d. əvvəl
-
45 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək

























