Rublla ödənişdən imtina fonunda Avropada qaz 15% bahalaşıb
Avropada qaz fyuçerslərinin qiyməti min kubmetr üçün 1550 dollara yüksəlib.
Marja xəbər verir ki, Avropa şirkətlərinin rubla qaz almayacaqları ilə bağlı açıqlamaları fonunda qiymətlər qalxır.
ICE birjasının məlumatlarına görə, Martın 30-da keçirilən hərracda Avropa qazının birja qiyməti artmaqda davam edib. Aprel fyuçerslərinin dəyəri 14,9% artaraq 1 MVt/saat üçün 124,5 avroya və ya min kubmetr üçün 1449 dollara çatıb.
Avropa şirkətlərinin rubla qaz almaq istəməməsi fonunda qaz qiymətləri artır. Xüsusilə, İtaliyanın Eni şirkəti, Polşanın PGNiG şirkəti ödəniş valyutasında belə bir dəyişikliyin cari müqavilədə nəzərdə tutulmadığını bildirib. Bundan başqa, martın 29-da Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaz müqavilələrinin rublla ödənilməsinin mümkünsüzlüyünü açıqlayıb.
"Almaniya müqavilələri pozmayacaq və qazın pulunu rublla ödəməyəcək, alman şirkətləri bununla razılaşır". Bunu Almaniyanın İqtisadiyyat naziri Robert Habek bildirib. Məlumata görə, Almaniya hökuməti Rusiyadan qaz nəqlinin dayandırılması halında fövqəladə vəziyyət planına başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 58 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















