“Azərlotereya” ani lotereyalarında böyük uduşlar qazanıldı
Şamaxı sakini 100 min manat, Beyləqan sakini 50 min manat, Qəbələ və Füzuli sakinləri 25 min manat udublar.
(®) “Azərlotereya” ASC tərəfindən təşkil olunan ani lotereyalar böyük uduşları ilə sevindirməyə davam edir. Bu dəfə ard-arda bir neçə uduş öz şanslı qaliblərinə qismət olub. Şirkət həmçinin “40 000 000 Pul Yağışı” ani lotereyasını satışa buraxıb.
“Şans ulduzu” ani lotereyasında növbəti böyük uduş 50.000 manatı Beyləqan sakini Elşən Məmmədəliyev qazanıb.
“Qızıl” ani lotereyasında böyük uduş 25.000 manat Qəbələ rayonunda Qərib Hüsənova və Füzuli rayonunda Mahir Qarayevə nəsib olub.
Uduşlar bununla da bitməyib. “Brilliant” ani lotereyasında böyük uduş – 100.000 manat Şamaxıda Elçin Qədimov tərəfindən udulub.
Lotereyaların təşkilində şəffaflıq və uduş fondlarına gəldikdə isə qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı aydın şəkildə yazılır. Lotereya oyunlarında uduşları qazananların adı və soyadları yalnız uduş qazanan şəxslərin icazəsi ilə mümkündür.
Xatırladaq ki, lotereya bir şans oyunudur. Lotereya oyunlarında iştirak əyləncəli vaxt keçirmək, bəxtin sınanması ilə müşayiət olunur. Bu oyunlarda iştirak etmək boş vaxtın səmərəli və əyləncəli keçirilməsi ilə nəticələnməlidir.
“Azərlotereya” ASC yalnız qanunla nəzərdə tutulan qaydada təşkil olunan lotereya oyunlarında iştirak etməyi tövsiyə edir. Qeyd edək ki, 18 yaşı tamam olmuş şəxslər lotereya oyunlarında könüllü şəkildə iştirak edə bilərlər.
“40 000 000 Pul Yağışı” ani lotereyası, eləcə də “Azərlotereya” ASC-nin digər ani lotereyaları “Brilliant”, “Şans ulduzu”, “Qızıl” biletlərini bütün “Misli” məntəqələri və lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri, “Maxi.az” və “Optimal Elektronika” mağazalar şəbəkəsində əldə edə bilərsiniz.
Lotereya və mərc oyunları ilə əlaqədar daha ətraflı məlumat əldə etmək, oyunlarda iştirak edərək şansınızı sınamaq üçün “Azərlotereya” ASC-nin https://azerlotereya.com/az və https://www.misli.az/ rəsmi internet səhifələrini ziyarət etmək mümkündür.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
