Fevralda AZAL və “Buta Airways” 167 mindən çox sərnişinə xidmət göstərib
Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını təxminən 200% artıb
2022-ci ilin fevral ayında Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 255 min sərnişinə xidmət göstərib. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətidən Marja-ya daxil olmuş məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
Ümumilikdə ilin əvvəlindən bütün aeroportlar üzrə sərnişin axını 546 min nəfər təşkil edib ki, bunun da 80%-i Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” 167 min və 52 min sərnişin daşıyıb ki, bu da müvafiq olaraq xidmət göstərilən sərnişinlərin ümumi payının 38%-ni və 12%-ni təşkil edir.
2022-ci ilin fevral ayında 24 xarici aviaşirkət Bakı hava limanına uçuşlar həyata keçirib. Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirib.
2022-ci ilin mart ayından etibarən Ukraynada baş verən hadisələrlə əlaqədar Ukrayna, Rusiya və Belarusa uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından Azərbaycanın və regionun ən böyük hava limanıdır.
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək "5 ulduzlu" reytinqə layiq görülmüşdür.
Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
- 37 d. əvvəl
- 45 d. əvvəl
-
12 saat əvvəl
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 2 gün əvvəl
-
2 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
2 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

OPEC+ gündəlik neft hasilatını 137 min barel artıracaq

Rəsmi məzənnələr açıqlandı

Qızıl daha da bahalaşdı, qiyməti 4 min dollara yaxınlaşdı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!
