Əl ilə yığılan Rolls-Royce modeli Bakıda təqdim edildi - FOTOLAR
Black Badge-in ən saf ifadəsi – Black Badge Ghost Azərbaycanda debüt edir.(©) 10 Mart, 2022-ci il tarixində yeni Rolls-Royce Black Badge Ghost Azərbaycanda debüt etdi. Paytaxda keçirilən tədbirdə cəmiyyətin tanınmış simaları və müştərilər eksklüziv qəbulu zamanı ilk təəssüratlarını aldılar.
Böyük Britaniyanın Azərbaycanda ticarət elçisi Vinterborndan olan Baronessa Nikolsen təqdimat zamanı dedi: “Britaniya dizaynı, mühəndisliyi və istehsalının belə müstəsna nümunəsini təbliğ etmək imkanım olduğuna görə mən qürur hissi yaşayıram. Hər bir Rolls-Royce müştərilərimizin sifarişi ilə Qudvud zavodunda əl ilə yığılır”.
Rolls-Royce Motor Cars həmişə risk alaraq uğur əldə edən qadın və kişiləri cəlb edib. Son illərdə bu müştərilər öz şərtləri əsasında lüks məhsullarla təmasda olurlar. Onlar öz hisslərinə əsaslanan yeni lüks konsepti yaratdılar: estetik cəhətdən daha tünd, xarakter etibarı ilə iddialı və dizaynda cəsarətli. Onların Rolls-Royce məhsullarına yanaşması dəyişmir. Minimalizmə və maddiliyə dəyər verən Ghost müştəriləri avtomobili daha cəsarətli ifadəsini də görmək istəyirdi.
Brend müştərilərin bu istəyinə müvafiq olaraq, yeni rəng palitraları, texnoloji cəhətdən daha da təkmilləşdirilmiş səth üzərində işləmə prosedurları və daha güclü sürücülük təcrübəsi yaratdı və bunu müştəriləri Rolls-Royce brendinə cəlb edən rahatlıq konseptini dəyişmədən etdi. Black Badge Ghost “Post Opulence” üslubunun qaranlıq tərəfidir : minimalizm
Kuzovun imkanları sonsuzdur: müştərilər 44 000 hazırlanmış boya rənglərindən birini seçə bilər və ya unikal “Bespoke” rəngini inkişaf etdirə bilərlər. Bununla belə, əksər müştərilər Black Badge Ghost-u öz qara rəngində istəyirdilər. Avtomobil sənayesində ən tünd rəng yaratmaq üçün sobada qurutmadan əvvəl 100 funt (45 kq) boya süzülür və elektrostatik yüklü ağ gövdəyə tətbiq olunur. Daha sonra avtomobil brendin xüsusi parıltısına nail olmaq üçün dörd ustadan ibarət komanda tərəfindən əl ilə cilalanmadan əvvəl iki qat şəffaf lakla örtülür.
Əfsanəvi Black Badge simvolları – “Spirit of Ecstasy” heykəlciyi və Panteon radiator barmaqlığı da yenidən işlənib. Onlar elektrolitdən istifadə edilərək xüsusi xromla örtülmüşdür. Bundan əlavə, güzgü effektinə nail olmaq üçün hər bir hissə əl ilə cilalanır və avtomobilin kuzovuna quraşdırılır. Son qalınlıq yalnız bir mikrometrdir - insan saçının eninin təxminən yüzdə biri.
Qabaqcıl lüks materiallar səliqəli şəkildə işlənmiş və interyer dəstində unikal ab-hava üçün hazırlanmışdır. Black Badge Ghost-un mexaniki niyyətini xatırladan materiallar orijinallıq və material məzmunu ilə müəyyən edilən Ghost-un “Post Opulence” dizayn fəlsəfəsinə uyğundur.
Mühəndislər, markanın rahat idarəetmə tərzini və hərtərəfli akustik tənzimləmələrini pozmadan Black Badge Ghost-un vizual görünüş konseptinə uyğun gələn parlaq sürücülük təcrübəsi yaratdılar.
Black Badge versiyasında Ghost yeni qaranlıq xüsusiyyətinə malikdir - məsələn, yolda daha kəskin manevrlər zamanı kuzovun yuvarlanmasını azaltmaq üçün modelin asqısında daha böyük hava kameraları var. Black Badge Ghost maksimum 600 at gücünə malik Rolls-Royce 6,75 litrlik V12 tvin-turbo mühərriki ilə təchiz edilmişdir, fırlanma anı isə 50 Nm - 900 Nm.
“Improtex Motors” və “Rolls-Royce Motor Cars Baku” şirkətlərinin Baş Direktoru Bayram Yaqubov vurğuladı: “Bizim üçün 2021-ci il çox uğurlu oldu, yeni Ghost-un minimalist fəlsəfəsi müştərilər tərəfindən son dərəcə müsbət qarşılandı. Black Badge Ghost ən qabaqcıl Black Badge modelidir, əminəm ki, o, Rolls-Royce-un Azərbaycanda fəaliyyətini daha da genişləndirəcək”.
Rolls-Royce Motor Cars-ın Mərkəzi/Şərqi Avropa və Mərkəzi Asiya üzrə Korporativ Əlaqələrin üzrə Direktoru Frank Tiemann bildirdi: “Black Badge Wraith müştərilərimizə indiyə qədər ən çevik və həssas Rolls-Royce-u verdi. Wraith-dən sonra onlar Dawn və Cullinan-da Black Badge təcrübəsini yaşadılar. İndi isə onlara Black Badge-in ən saf ifadəsini təqdim etmək zamanı gəldi - Rolls-Royce Black Badge Ghost.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
3 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 3 saat əvvəl
-
4 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
4 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
5 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)
.jpg)






.jpg)









