OPEC neft bazarında təklif çatışmazlığı görmür - "QITLIQ YOXDUR"
"Neft bazarı hazırda kifayət qədər təchiz olunub, fiziki qıtlıq yoxdur".
Marja xəbər verir ki, OPEK-in baş katibi Məhəmməd Barkindo Bloomberg TV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, neft qiymətlərinin yüksək volatilliyi ilk növbədə investorların dünyanın ikinci ən böyük karbohidrogen ixracatçısı kimi Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlara görə sanksiyalara məruz qalacağı ilə bağlı qorxuları ilə bağlıdır:
"Bu səhər sizi əmin edə bilərəm ki, hazırda neft qıtlığı yoxdur. Amma bazarda Rusiyanın dünyanın ikinci ən böyük karbohidrogen ixracatçısı olduğuna dair çox güclü qorxular var. Sanksiyalar tətbiq olunarsa, gündə 7 milyon barel neftin ixracı dayana bilər. Amma bu, sadəcə vəziyyətin qavranılması, bəzi proqnozlardır. Hazırda bazar kifayət qədər təkliflə təmin olunub”.
Barkindo həmçinin bildirib ki, o, Rusiya baş nazirinin müavini Aleksandr Novakla daimi əlaqə saxlayır və o, onu Rusiyanın OPEC+ sazişində iştirakını davam etdirdiyinə və neft tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirdiyinə inandırıb.
Eyni zamanda, OPEC-in baş katibi etiraf edib ki, hazırda təşkilatın bütün ölkələri neft hasilatının bərpası ilə bağlı razılaşmaları tam yerinə yetirə bilmir, çünki “OPEC-də sərbəst istehsal gücləri çox sürətlə azalır”.
Martın 9-da səhər saatlarında Brent markalı neftin qiyməti bir barel üçün 130 dolları ötüb. Neftin qiymətinin kəskin artması dünyada geosiyasi vəziyyətin pisləşməsi fonunda müşahidə olunur. Fevralın sonunda Rusiyanın Ukrayna ərazisində hərbi xüsusi əməliyyatına başlaması xəbəri ilə neftin bir barreli 100 dolları ötüb və o vaxtdan bəri artmaqdadır. Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatın məqsədini ölkənin deazifikasiyası və demilitarizasiyasını adlandırıb. Eyni zamanda o, Rusiyanın Ukrayna ərazisini işğal etməyəcəyinə, mülki əhalinin bundan əziyyət çəkməyəcəyinə əmin edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
9 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
9 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb






















