“Auto Azərbaycan” şirkəti yenə bu 8 martda da xanımları unutmadı!
Hyundai brendinin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” şirkəti yenə bu 8 martda da xanımları unutmadı!
(®) 8 Mart Beynəlxalq qadınlar günü beynəlxalq səviyyədə qeyd olunan və qadın məfhumunun cəmiyyətdə oynadığı çox vacib rolu diqqətə çatdırmaq, onların iqtisadi, siyasi və sosial mühitlərdə müdafiəsi və fərdi inkişafının əhəmiyyətini bir daha vurğulamaq üçün çox əlamətdar bir gündür.
Hyundai Azərbaycan bu qlobal çağırışa tərəfdar çıxaraq daim öz fəaliyyətində qadınlara diqqət və qayğını ön planda tutmuş və onları ənənəvi olaraq hər il bu bayram günündə çox müxtəlif hədiyyələrlə və sürprizlərlə heyran etməyi bacarmışdır. Bu ənənə həmçinin “Hyundai Azərbaycan”ın aid olduğu "Auto Azərbaycan "şirkətinin müştəri məmnuniyyəti strategiyasına da xüsusi bir rəng qatmaqdadır.
Bu il 8 Mart beynəlxalq qadınlar günü ilə bağlı “Hyundai Azərbaycan” öz fəaliyyət sektoruna uyğun olaraq avtomobil sahibi xanımlarımızı yenə öz rəsmi servis mərkəzlərində xüsusi təklif, güzəştlər və gülərüz kollektivi ilə salamlayacaqdır.
Rəsmi Hyundai servis mərkəzlərinə müraciət edən Hyundai avtomobil sahibi xanımlarımız ehtiyyat hissələrinə 10%-lik endirim fonunda həmçinin işçilik haqqına da 20%-lik güzəşt imkanı qazanacaqlar.
Ən vacibi isə şirkət rəsmi servis mərkəzlərində tətbiq olunan növbəli xidmət mexanizmini də bu kampaniya müddətində xanımların şərəfinə pozmağı planlaşdırır və müraciət edən bütün xanımlar xidmətlərdən növbəsiz şəkildə yararlana biləcəklər.
Hyundai avtomobil sahibi olan xanımlara özəl olan bu təkliflər ilə bərabər həmçinin onlara hədiyyələr, çiçəklər və bir sonrakı servis ziyarətləri üçün 10%-lik endirim kuponu da təqdim olunması şirkət tərəfindən planlaşdırılır.
Bütün bu rəngarəng təklif, endirim və güzəştləri planlayan şirkət bununla bir daha xanımlara verdiyi yüksək dəyər və hörməti tək sözdə deyil, əməldə də reallaşdırmağı hədəfləməklə ümumilikdə “Auto Azərbaycan” şirkəti və “Hyundai Azərbaycan” olaraq bütün xanımları “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edir və onlara “Yaxşı ki, Varsınız” mesajını çatdırmaq istəyir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
22 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
1 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 3 saat əvvəl
-
3 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 3 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı
