Manata qarşı son bir həftə ərzində ucuzlaşan valyutalar
Son bir həftəərzində (24 fevraldan bu günədək) Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və bu səbəbdən Qərbin tətbiq etdiyi sanksiyalar fonunda rublun, avronun və Rusiya ilə qonşu olan bir çox ölkələrin milli valyutaları zəifləyib.
Aparılanı hesablamalara görə, avronun manata qarşı məzənnəsi son bir həftəərzində 1,63%, rublun məzənnəsi 22,5%, Türkiyə lirəsinin məzənnəsi isə 1,31% azalıb. Hazırda avro 1,8764 manata ticarət olunur ki, bu da 21 aylıq minimumdur, lirə bu ilin ən aşağı səviyyəsində – 0,1202 manata (1 manat/8,32 lirə) mübadilə olunur, rubl isə altıillik minimumda qalaraq 0,0155 manata (1 manat/64,52 rubl) bərabərdir. Gürcüstan larisi də doqquzaylıq minimumdadır və son bir həftəərzində 0,5% azalaraq 0,5288 manat (1 manat/1,89 lari) səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığı valyutaların dollara nisbətdə zəifləməsi halında onları manata qarşı da dəyərsizləşdirir.
Əlavə olaraq bu gün Qazaxıstan tengəsi manata qarşı altıillik minimuma enərək 0,0034 manat (1 manat/294,12 tengə) təşkil edib. Qırğızıstan somunun (son bir həftədə manat qarşı 10,95% azalıb) və tengənin kəskin dəyərdən düşməsi Ukraynadakı müharibə və ölkələrin Rusiya ilə ümumi iqtisadi məkanda (Avrasiya İqtisadi Birliyi) yerləşdiyinə görə qonşu ölkədəki vəziyyətdən böyük dərəcədə asılılığı rol oynayıb. Bundan əlavə, rublun dəyərdən düşməsi Rusiyanın ixrac məhsullarını daha ucuz edir və rəqabət qabiliyyətinin saxlamaq üçün qonşu dövlətlərdə milli valyutaların məzənnələri endirilir.
"Sn bir həftədə manata nisbətdəən çox dəyərsizləşən valyutalar:
# | Valyuta | Kurs, ₼ | Həftəlik dinamika |
1 | Rusiya rublu | 0,0155 | -22,50% |
2 | Qırğızıstan somu | 0,0179 | -10,95% |
3 | Polşa zlotısı | 0,3878 | -5,69% |
4 | Çexiya kronu | 0,0728 | -5,58% |
5 | Qazaxıstan tengəsi | 0,0034 | -5,56% |
6 | İsveç kronu | 0,1740 | -2,90% |
7 | Moldova leyi | 0,0924 | -2,01% |
8 | Danimarka kronu | 0,2522 | -1,64% |
9 | Avro | 1,8764 | -1,63% |
10 | Türkiyə lirəsi | 0,1202 | -1,31% |
11 | Meksika pesosu | 0,0821 | -0,97% |
12 | Hindistan rupisi | 0,0224 | -0,88% |
13 | 100 Koreya vonu | 0,1403 | -0,71% |
14 | 100 Özbəkistan somu | 0,0156 | -0,64% |
15 | Argentina pesosu | 0,0157 | -0,63% |
16 | Britaniya funt sterlinqi | 2,2687 | -0,63% |
17 | Gürcüstan larisi | 0,5288 | -0,51% |
18 | Sinqapur dolları | 1,2520 | -0,43% |
19 | Tayvan dolları | 0,0605 | -0,33% |
20 | 100 Yaponiya yeni | 1,4729 | -0,20% |
21 | 1 İsrail şekeli | 0,5228 | -0,17% |
22 | Küveyt dinarı | 5,6052 | -0,15% |
23 | Honq Konq dolları | 0,2175 | -0,09% |
24 | Çin yuanı | 0,2690 | -0,04% |
25 | SəudiyyəƏrəbistanı rialı | 0,4531 | -0,02% |
26 | ABŞ dolları | 1,7000 | 0,00% |
27 | BƏƏ dirhəmi | 0,4628 | 0,00% |
28 | 100 İndoneziya rupiası | 0,0118 | 0,00% |
29 | 100 İran rialı | 0,0040 | 0,00% |
30 | 100 Livan funtu | 0,1125 | 0,00% |
31 | Misir funtu | 0,1082 | 0,00% |
32 | Tacikistan somonisi | 0,1509 | 0,00% |
33 | Türkmənistan manatı | 0,4857 | 0,00% |
34 | Norveç kronu | 0,1904 | 0,21% |
35 | Malayziya rinqqiti | 0,4063 | 0,32% |
36 | Cənubi Afrika randı | 0,1116 | 0,45% |
37 | İsveçrə frankı | 1,8508 | 0,49% |
38 | Kanada dolları | 1,3396 | 0,72% |
39 | Ukrayna qrivnası | 0,0563 | 0,90% |
40 | Yeni Zelandiya dolları | 1,1597 | 1,56% |
41 | Braziliya realı | 0,3382 | 1,81% |
42 | Belarus rublu | 0,6186 | 1,98% |
43 | Avstraliya dolları | 1,2509 | 2,22% |
44 | 100 Çili pesosu | 0,2135 | 2,89% |
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 34 d. əvvəl
-
38 d. əvvəl
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
-
1 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb
Ən çox oxunanlar
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi
























