Veysəloğlu Şirkətlər Qrupu gənclərin universitetlərə hazırlaşmasına dəstək verir
12 məktəbli tələbə olmaq arzusuna indi daha yaxındır
(®) Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) yenidən “Gələcəyini Qur” təşəbbüsünə qoşularaq gənclərin bacarıq və biliklərini artırmaqla onların sosial inkişafı üçün imkanlar yaratmaqda davam edir. Bu layihə çərçivəsində Şirkətlər Qrupu aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına dəstək verir.
Layihə iştirakçıları 11-ci sinif şagirdlərini, eləcə də fiziki məhdudiyyəti olan və yaxud xüsusi qayğıya ehtiyacı olan orta məktəb məzunlarını əhatə edir. Dərslər vasitəsilə qəbul imtahanına hazırlıqları təşkil etmək və müxtəlif növ sosial fəaliyyətlərdə iştiraklarını təmin edərək cəmiyyətə inteqrasiyaya köməklik göstərmək “Gələcəyini Qur” layihəsinin əsas iki məqsədidir.
Bu ilki layihədə VŞQ Bakının Sabunçu rayonundan olan 12 şagirdə dəstək olacaqdır. Məktəblilərə universitetə hazırlıqla yanaşı, sağlam həyat tərzi ilə bağlı faydalı alışqanlıqların yaradılması da layihənin fəaliyyətinə daxildir. Veysəloğlu Şirkətlər Qrupunun ötən illər ərzində sponsorluq etməsi sayəsində Bakıda və regionlarda yaşayan 40-dan çox gənc ali məktəbə qəbul olmaq imkanından faydalanıb.
Korporativ Sosial Məsuliyyət siyasətində təhsilə dəstək istiqamətində bir çox faydalı layihədə yer alan Veysəloğlu Şirkətlər Qrupu növbəti illərdə də bu təşəbbüsü dəstəkləməyi planlayır.
19 minə yaxın insanın iş yeri olan Veysəloğlu Şirkətlər Qrupu istehsal, distribusiya, logistika, pərakəndə satış daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
15 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
