AccessBank AKİA-ın dəstəyi ilə 532 fermerə dəstək olub
(®) AccessBank aqro sahədə fəaliyyət göstərən sahibkarlara dəstək olmaqda davam edir. Bankın Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığının nəticəsi olaraq, 2021-ci ildə 532 sahibkar kənd təsərrüfatı üzrə müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə güzəştli kreditlərdən faydalanıb.
AccessBank bu çərçivədə 2021-ci ildə dövlət xətti ilə fermerlərə 5 297 000 AZN həcmində kredit verib. Bu kreditləşmə üzrə maksimal məbləğ 200.000 AZN təşkil edib. Bərdə, Lənkəran, Gəncə, Xaçmaz və Mingəçevir sahibkarları bu kreditin alınmasında daha fəal iştirak ediblər. Sahibkarlar ən çox heyvandarlıq, arıçılıq, əkinçilik, bağçılıq sahələri, həmçinin aqrotexniki xidmətlərin inkişafı üçün müraciət ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2020-ci il tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində yeni mərhələ başlayıb. Bu dönəmdən sonra fermerlərə bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün kreditlərin verilməsinə başlanılıb. Fermerlərə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və damazlıq heyvan alışı üçün 15.000 AZN-dək mikrokredit, digər məqsədlər üçün isə 200.000 AZN-dək nağd şəkildə kredit təklif olunur.
Aqro kreditlər haqqında ətraflı məlumat əldə etmək üçün:
https://www.accessbank.az/az/business/loans/alda-loans/
Fermerlər təklif olunan kredit haqqında məlumat əldə etmək üçün həmçinin AccessBank-ın 151 Əlaqə mərkəzi ilə əlaqə saxlaya və ya bankın filiallarına yaxınlaşa bilərlər.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik bizneslərə xidmət göstərir. Bankın 15-i Bakıda, 14-ü regionlarda olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)






.jpg)






