Nikelin qiyməti 2011-ci ilin iyul ayından bəri ilk dəfə 24,9 min dolları keçib
Çərşənbə axşamı London Metal Birjasında (LME) ticarət zamanı nikelin qiyməti 31 iyul 2011-ci ildən bəri ilk dəfə bir ton üçün 24,9 min dollardan yuxarı qalxıb.
Marja xəbər verir ki, metalın qiyməti 2,37% də artaraq bir ton üçün 24 min 925 dollar təşkil edib.
Eyni zamanda, Moskva Birjasında ticarət zamanı dünyanın ən böyük yüksək dərəcəli nikel istehsalçısı olan "Norilsk Nikel"in səhmlərinin qiyməti də müsbət dinamika nümayiş etdirib. Moskva vaxtı ilə saat 13:10-a olan məlumata görə, şirkətin səhmlərinin dəyəri əvvəlki bağlanışla müqayisədə 4,28% artaraq 20 min 76 rubla çatıb.
Metallurgiya üzrə analitik Dmitri Smolin, "Nikelin qiyməti əsas istehsalçılardan biri və müvafiq olaraq bu metalın dünya bazarına tədarükçülərindən biri olan Rusiyaya qarşı Qərbin müzakirə etdiyi sanksiyalar fonunda artır", - deyib.
Analitikin sözlərinə görə, nikelin qiymətinin artmasının digər səbəbləri iqtisadiyyatı stimullaşdırmaq üçün səlahiyyətli orqanlar tərəfindən elan edilən təşviqlər, nikel ehtiyatlarının aşağı səviyyədə olması və Çində bu metala tələbatın gözlənilən artımıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
2 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
2 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
3 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
3 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu






















