Kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına dair layihələr başa çatıb
400 nəfərdən çox əməkdaş üçün müxtəlif təlim, seminar və dəyirmi masalar təşkil olunub, Türkiyə, İspaniya, Rumıniya və Yunanıstana təcrübə səfərləri təşkil edilib.İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) benefisiarları olduğu, Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş “Daha əlverişli KOB mühitinin yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək” və “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihələri başa çatıb.
Qeyd edək ki, sözügedən layihələrin məqsədi kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına, onların rəqabətqabiliyyətinin artırılmasına dəstək olmaqdır.
Layihələr çərçivəsində benefisiar təşkilatların əməkdaşlarının potensialının və bacarıqlarının gücləndirilməsi məqsədilə ümumilikdə 400 nəfərdən çox əməkdaş üçün müxtəlif təlim, seminar və dəyirmi masalar təşkil olunub, Türkiyə, İspaniya, Rumıniya və Yunanıstana təcrübə səfərləri təşkil edilib. Sahibkarlığın və KOB-ların inkişafını dəstəkləyən müxtəlif sənədlər, tövsiyələr və tədris materialları hazırlanıb, regionlarda fəaliyyət göstərən startapların iştirakı ilə “İdeyadan uğurlu biznesə” startap müsabiqəsi keçirilib, KOBİA-nın KOB inkişafı mərkəzlərinin səmərəliliyinin ölçülməsi üçün monitorinq və qiymətləndirmə sistemi yaradılıb və digər tədbirlər həyata keçirilib.
Fevralın 22-də İqtisadiyyat Nazirliyinin və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı, KOBİA-nın dəstəyi ilə sözügedən layihələrin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları və sahibkarlar iştirak ediblər.
Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığa, Agentliyin KOB-lara göstərdiyi xidmətlərə, müvafiq layihələrin ölkəmizdə KOB sektorunun inkişafına dəstəyi barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, sözügedən layihələr iqtisadi siyasətinin prioritet istiqamətlərini əhatə etməklə bu sahədə fəaliyyətin dəstəklənməsinə yönəlib. Layihələr çərçivəsində əldə olunmuş nəticələr KOBİA-nın və digər benefisiar qurumların fəaliyyətinə müsbət təsir göstərəcəkdir.
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko ölkəmizlə qurum arasında müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq, biznes mühitinin yaxşılaşdırılmasına dəstək istiqamətlərində həyata keçirilən layihələr barədə danışıb, bu sahədə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. Bildirilib ki, hazırda KOB-larla bağlı əmədaşlıq rəqəmsallaşma və “yaşıl iqtisadiyyat” sahələrini əhatə edir və bu istiqamətdə Avropa İttifaqı öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
Layihələrin icraçı konsorsiumları adından çıxış edən “Ekvita” şirkətinin rəhbəri İlqar Mehti və “European Profiles” şirkətinin prezidenti Dimitrios Bakolas, eləcə də layihələrə dair təqdimatlarla çıxış edən Con Toner və Alberto Qomez layihələr çərçivəsində görülmüş işlər barədə məlumat veriblər.
Sözügedən layihələrin tərəfdaşlarından olmuş Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, layihə çərçivəsində keçirilmiş “İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin qalibi və və UNEC-in nümayəndəsi layihələrin yerlərdə qadın sahibkarlığının inkişafına, regionlarda gənclərin startap layihələrinin dəstəklənməsinə və sahibkarlıq fəaliyyətinə maraq göstərən gənclərin biznes biliklərinin artırılmasına verdiyi töhfə barədə fikirlərini bölüşüblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















