Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Nestle məhsulları bahalaşacaq - inflyasiya və gəlirlilik xəbərdarlığı

Nestle, artan inflyasiyanın 2022-ci ildə şirkətin gəlirliliyinə mənfi təsir edə biləcəyi barədə xəbərdarlıq edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Nestle məhsulları bahalaşacaq - inflyasiya və gəlirlilik xəbərdarlığı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nestle xəbərdarlıq edib ki, 2022-ci ildə gəlirlilik ardıcıl ikinci il azala bilər.

Marja xəbər verir ki, mətbuat açıqlaması yayan şirkətin baş direktoru Mark Schneider, xərclərin 2021-ci ilə nisbətən bu il daha çox artacağını vurğulayıb və əməliyyat mənfəəti marjasının bu il 17% - 17,5% səviyyəsində ola biləcəyini qeyd edib.

Schneider, "Bu, əlbəttə ki, qiymətlərimizdə əks etdirməli olduğumuz bir vəziyyətdir" deyib və şirkətdə demək olar ki, heç bir məhsulun inflyasiyaya davamlı olmadığını vurğulayıb.

İnflyasiya Unilever-i də narahat edir

Böyük Britaniyanın nəhəng istehlak malları şirkəti Unilever, inflyasiyanın yaratdığı təzyiq  ilə əlaqədar olaraq yalnız iki il sonra 2021-ci ildə gəlirlilik səviyyələrinə qayıda biləcəklərini açıqlayıb. İlin ilk rübündə inflyasiyanın pik həddə çatacağını gözləyən Unilever, xammal xərclərinin təxminən 2 milyard avro artacağını təxmin edir. Əməliyyat mənfəət marjasının 2,4 faiz bəndi azala biləcəyini qeyd edən şirkət, marjalardakı itkilərin böyük hissəsinin 2023-cü ildə kompensasiya ediləcəyini və 2024-cü ildə tam bərpa olunacağını vurğulayıb.

Unilever-in açıqlamasından sonra şirkətin səhmləri Londonda 3,2 faiz ucuzlaşıb.

Unilever-in maliyyə direktoru Qrema Pitketli bildirib ki, əmtəə qiymətləri təxminən 20 faiz artıb, lakin şirkətin miqyası və tədarükçülər ilə bağladığı müqavilələr səbəbindən Unilever üçün daha azdır.

Unilever keçən ay 1500 işçini ixtisar edəcəklərini və inkişafı sürətləndirmək üçün daxili strukturlaşmadan keçəcəklərini açıqlamışdı.

Nestle Unilever
17.02.2022 11:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18