Okko onlayn kinoteatrı Azercell ilə smartfonlarınızda!
®️ Lider mobil operator Okko tətbiqinə abunəlik xidmətini güzəştli şərtlərlə təqdim edir
Ölkənin lider mobil operatoru rəqəmsal məhsullar portfelini genişləndirməyə davam edir. Bu dəfə “Azercell Telekom” MMC MDB-nin ən böyük onlayn kinoteatrlarından biri olan Okko-nu yerli bazarda xüsusi şərtlərlə təqdim edir. Mobil operator öz abunəçilərinə dünyada 20 milyona yaxın müştərinin rəğbətini qazanan bu tətbiqdən 45% -dək endirimlə yararlanmaq imkanı verir.
Qeyd edək ki, Okko vasitəsilə 90.000-dən çox bədii və cizgi filmlərini, eləcə də serialları heç bir reklam fasiləsi olmadan Full HD 4K və 8K keyfiyyətində izləmək mümkündür. Həmçinin, xidmət smart funksiyası olan televizorların əksəriyyətində də mövcuddur.
Azercell Okko onlayn kinoteatrına güzəştli qiymətlərlə Optimum paketinə abunəliyi təqdim edir. Bu paketə Paramount+, Vip Play, Okko Lite, uşaqlar üçün xüsusi kontent, elm-təhsil sahəsinə dair veriliş və filmlər daxildir. Bundan əlavə, paketə abunə olanlar karaoke xidmətindən istifadə edib, dünya üzrə məşhur hitləri ifa etmək imkanı da əldə edirlər.
Okko-ya üç növ - gündəlik, həftəlik və aylıq abunə təklif edilir. Gündəlik abunənin xidmət haqqı 0.35 AZN, həftəlik abunə 1.5 AZN, aylıq abunə isə cəmi 4.99 AZN təşkil edir. Hazırda bu xidmətin aylıq abunəliyinə qoşulanlar 30 gün Okko onlayn kinoteatrından pulsuz istifadə etmək imkanı qazanacaq.
Okko xidmətinə həm USSD kod, həm SMS vasitəsilə abunə olmaq mümkündür. Gündəlik paket üçün *800#, həftəlik abunə üçün *890#, aylıq paket üçünsə *899# kodunu yığmaq lazımdır. Bu zaman xidmətə qoşulmaq üçün məlumat və yükləmə linki SMS-lə telefona göndərilir.
SMS vasitəsilə xidmətə qoşulmaq üçün Start gun, Start hefte və Start ay sözlərini paket növünə uyğun olaraq 6660 qısa nömrəsinə göndərmək lazımdır. Bu xidmətə abunəliyi Azercell-in “Kabinetim” mobil tətbiqi üzərindən də aktivləşdirmək olar.
Bağlantını asanlaşdırmaqla abunəçilərinin həyatını daha da dolğun etməyi hədəfləyən Azercell indi də onlara bir abunədə minlərlə filmə baxmaq fürsətindən yararlanmağa dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















