Qoyunun sığortası 7 manata, nar bağının sığortası - 40 manata başa gəlir – FERMERLƏRLƏ GÖRÜŞ
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi ilə bağlı əhali və fermerlərin məlumatlandırılması davam edir.
Aqrar Sığorta Fondunun mütəxəssisləri bu məqsədlə Kürdəmir rayonunda yerli fermerlərlə görüşlər keçirib.
Kürdəmir rayon icra hakimiyyətinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə təşkil edilən görüşlər, yerli DAİM-də, eləcə də rayonun Sığırlı, Karrar və Garis Əyribənd kəndlərində keçirilib.
Görüşlərdə fermerlərə aqrar sığorta qaydaları, şərtləri və bu sahədəki yeniliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, dövlət dəstəkli aqrar sığortanın ən mühüm cəhəti onun etibarlı olması və fermerlərə dəstək üçün sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsidir.
Görüşlərdə məlumat verilib ki, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısı genişləndirilib. Nəticədə indi sığorta vasitəsilə demək olar ki, bütün meyvələri, o cümlədən Kürdəmir ərazisində geniş becərilən nar bağlarını sığortalamaq mümkündür.
Aqrar sığorta meyvə bağlarını - dolu; qasırğa; fırtına; sel və subasma; leysan; şaxtavurma, normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri, ildırım; yanğın; zəlzələ, torpaq sürüşməsi və sair risklərdən qoruyur.
Fermerlər nar bağlarının hər şektarından ildə orta hesabla 5-10 min manatlıq məhsul yığdıqlarını bildirərək bu hal üçün sığorta haqqı ilə maraqlanıblar.
Bildirilib ki, bu şərtləri və Kürdəmir rayonu üzrə sığorta tariflərini nəzərə alanda sözügedən bağların hər şektarının baza zərfi ilə sığortası fermerlərə 40-80 manata başa gələcək. Bağdakı məhsul tamamilə itirilsə, fermerlərə müvafiq olaraq 4500-9000 manatadək kompensasiya veriləcək. Əlavə ödənişlə nar bağlarını donvurmadan, bitki xəstəliklərindən və dolu nəticəsində keyfiyyət itkisindən də sığortalamaq olar.
Görüşdə digər meyvə bağlarının və əkinlərin sığortası barədə də məlumiat verilib.
Fermerlərə bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə sığortalanan heyvanların siyahısı da genişləndirilib və buraya südlük inəklərlə yanaşı, ətlik mal-qara (danalar) və qoyun-keçilər də daxil edilib. Yeni tariflərlə 1000 manatlıq inəyin sığortası fermerə 31-47 manata, 300 manatlıq keçinin sığortası 10,5 manata, 200 manatlıq qoyunun sığortası isə cəmi 7 manata başa gələcək.
Fermerlər aqrar sığortanın şərtlərindən, xüsusilə də 50%-lik dövlət dəstəyindən məmnun qaldıqlarını bildiriblər.
Görüşdə kənd sakinləri və fermerlərin heyvan və bitki sığortası ilə bağlı çoxsaylı sualları cavablandırılıb, onlara ətraflı məlumat verilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
-
8 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
9 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
9 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























