Bir ölkə sakininin orta aylıq alışı 362 manata yaxınlaşıb
Yanvar ayında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini 199,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 162,6 manatlıq qeyri-ərzaq malları almışdır.
2022-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,6 milyard manatlıq, o cümlədən 2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,6 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artmışdır.
Hesabat ayında əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2021-ci ilin yanvar ayına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 3 630,3 | 102,9 |
o cümlədən: | ||
ərzaq məhsulları | 1 780,6 | 102,8 |
içkilər və tütün məmulatları | 217,4 | 100,6 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 536,4 | 100,5 |
elektrik malları və mebellər | 171,4 | 100,3 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 35,2 | 156,0 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 96,1 | 137,4 |
avtomobil benzini və dizel yanacağı | 182,4 | 106,0 |
digər qeyri-ərzaq malları | 610,8 | 100,2 |
2022-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 6,0 faizi içkilər və tütün məmulatlarının, 14,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Hesabat ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə 3,3 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil etmişdir.
2021-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,1 faiz, fərdi sahibkarlar üzrə 0,2 faiz, bazar və yarmarkalarda 1,7 faiz artmışdır.
Hesabat ayında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 361,7 manatlıq, o cümlədən 199,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 162,6 manatlıq qeyri-ərzaq malları almışdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 2 saat sonra
-
- 6 d. əvvəl
-
8 saat əvvəl
Qızıl sürətlə ucuzlaşdı - Qiymətində son 12 ilin ən böyük enişi baş verdi
- 8 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Stellantis ABŞ-da 13 milyard dollarlıq investisiya planlaşdırır
-
13 saat əvvəl
Süni ət istehsalçısı Beyond Meat və Walmart əməkdaşlığa başlayıb
-
14 saat əvvəl
9 ayda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib
- 14 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Şirkətlərdə yeni vakansiyalar

Netflix-in gəliri üçüncü rübdə təxminən 17 faiz artıb

İsrail aviaşirkəti Təl-Əvivdən Bakıya reysləri bərpa edir

Stellantis ABŞ-da 13 milyard dollarlıq investisiya planlaşdırır

Süni ət istehsalçısı Beyond Meat və Walmart əməkdaşlığa başlayıb
Ən çox oxunanlar

9 ayda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan və İran mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə razılaşmalar əldə edib

Ziraat Bank Azərbaycan müştəriləri üçün “ƏDV Geri Al” funksiyasını istifadəyə verdi
