Expressbank VISA tərəfindən mükafatlandırıldı!
Expressbank VISA tərəfindən “Visa B2B Connect” rəqəmsal ödəmə platformasının uğurlu tətbiqinə görə mükafatlandırıldı!(®) Bank və maliyyə sektorunda aparıcı yerlərdən birini tutan Expressbank, inamlı fəaliyyəti ilə növbəti uğura imza atıb!
Azərbaycan Banklar Assosiasiyasının 22-23 yanvar 2022-ci il tarixlərində Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupu üzvlərinin tədbiri keçirilib.
Tədbirdə Expressbank dünyanın rəqəmsal ödənişlər üzrə dünya lideri olan Visa şirkəti tərəfindən “Visa B2B Connect” rəqəmsal ödəmə platformasının uğurlu tətbiqinə görə mükafata layiq görülüb!
Bir müddət bundan öncə Expressbank ilə Visa şirkəti birgə “Visa B2B Connect” ödəmə şəbəkəsinin fəaliyyəti üzrə əməkdaşlığa başlamışdır. Korporativ müştərilərinə beynəlxalq köçürmələri daha sürətli, təhlükəsiz, aşağı əməliyyat xərcləri ilə həyata keçirməyə imkan verən “Visa B2B Connect” ödəmə şəbəkəsi, eyni zamanda vəsaiti göndərənlərə və alanlara köçürmələrin şəffaflığını, göndərən bankdan qəbul edən bankadək ödənişin cari vəziyyətini real zamanda izləməyə imkan verir. Köçürmələrin sürəti və dəqiqliyi artır, habelə pul axınına nəzarət onların idarə olunması təkmilləşdirilir və sadələşdirilir.
Bütün bu sadalananların nəticəsi kimi, Expressbank və Visa şirkətinin əməkdaşlığı qısa zaman ərzində müştəriləri məmnun edib.
Qeyd edək ki, Expressbank “Visa B2B Connect” layihəsini müştərilərinə təqdim etmiş ilk banklardan biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 26 d. əvvəl
-
34 d. əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)






.jpg)





