"Qətərə qarşı başlanılan sanksiyaları doğru hesab etmirik"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən proseslərə dair,"Qətərə qarşı başlanmış sanksiyaları doğru hesab etmirik. Həmrəylik və əməkdaşlığa həmişəkindən daha çox ehtiyacımızın olduğu bir vaxtda baş verən bu hadisə, regionumuzdakı, xüsusən, heç bir ölkənin faydasına, xeyrinə deyil", - deyə bildirib.
Rəcəb Tayyib Ərdoğan, "Taktik səbəblərlə də olsa, işğal etdiyi ərazilərdə etnik təmizləmə fəaliyyəti aparan, bəzən rejimlə bəzən DEAŞ-ıə əməkdaşlıq edən bir terror təşkilatına arxa çıxmaq da əsla doğru deyil. Siyasi həll perspektivləri ortaya qoymayan, bölgənin tarixi, sosial və mədəni dinamikalarını yox sayan bir təşəbbüsün uğur şansı yoxdur. Özündən başqa heç kimə həyat haqqı tanımayan bir terror təşkilatı tamamilə demokratik güc ola bilməz, belə bir quruluşu təsvir edəcək yeganə ifadə "terror təşkilatı" anlayışıdır",- deyə əlavə edib.
"Marja" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı iki qütblü status-kvonun, günün tələblərinə cavab vermədiyini qeyd edən Ərdoğan, belə davam edib:
"Başda Təhlükəsizlik Şurası olmaqla qlobal təhlükəsizlik sisteminin zamanın ruhuna uyğun bir şəkildə yenilənmiş olması şərtdir. "Dünya 5-dən böyükdür". BMT Təhlükəsizlik Şurasının 20 daimi üzvündən biri Şurada nümayəndə olmalıdır".
"Artıq dünyada 2-ci Dünya Müharibəsinin şərtlərini yaşamırıq. O keçdi",- deyən Ərdoğan, indi hər şeyin 5 daimi üzvdən birinin dodaqlarının arasında olduğunu ifadə edib. Bu üzvlərin Suriya, İraq, Azərbaycan və Ermənistan arasındakı problemləri həll edə bilmədiklərinə toxunan Ərdoğan, içlərindən birinin "xeyr" deməsi halında da həllin mümkün olmadığına işarə edib.
BMT-dən Azərbaycan, Yaxın Şərqdə də Fələstin ilə bağlı çox qərar çıxdığını bildirən Ərdoğan, Təhlükəsizlik Şurasından dolayı bunun tətbiqinin təmin olunmadığını bildirib.
Ərdoğan, "Bütün bunları həll etmək üçün bizə dünyadakı 196 ölkənin də dönərli olaraq içində yer aldığı Birləşmiş Millətlər Təhlükəsizlik Şurası lazımdır. Hamısının da orada yer alması lazımdır" -deyə qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
21 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
-
-
28 d. əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Ən çox oxunanlar
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc















.jpg)












