Ağ şəhər layihəsinin möhtəşəm yaşayış kompleksi - Twin Towers

(®) Son zamanlar Bakı şəhərində ən diqqətçəkən layihələrdən biri də BAKI AĞ ŞƏHƏR şəhərsalma layihəsidir. Beynəlxalq mükafatların qalibi olmuş BAKI AĞ ŞƏHƏR haqlı olaraq şəhərsalma sahəsində dünyanın ən görkəmli layihələrindən biri hesab olunur. Bu şəhər kompleksi nəinki müasir və rahat binaları ilə, həmçinin öz səmərəliliyi ilə gözəl təsir bağışlayır.
Bu layihəyə özünəməxsus gözəllik bəxş edən "Bobo Construction" tərəfindən inşası həyata keçirilən "Twin Towers" yaşayış kompleksi dəniz səviyyəsindən 25 metr yuksəklikdə, Ağ Şəhərin tam mərkəzində yerləşir. Sözügedən layihənin mənzillərindən Bayraq meydanına, sahilyanı əraziyə, Bakı buxtasına və dənizə ecazkar mənzərə açılır.
Kompleksin 293 avtomaşınlıq yeraltı dayanacağı var və yeraltı parkinqdən liftlə cıxış təmin ediləcək. Ən müasir texnologiyalar əsasında hazırlanmış 2 ədəd yükqaldırma, sərnişin və 1 ədəd xidməti lift quraşdırılacaq. Mərtəbələr arası pilləkənlər və pilləkən meydançaları mərmərlə üzlənəcək. Bütün mənzillərdə tavanın hündürlüyü 3,45 metr olaraq layihələndirilib. Kompleksdə 24 saat su təchizatı və ehtiyat su çənləri ilə də təmin ediləcək. Elektrik təminatı mərkəzləşdirilmiş formada həyata keçiriləcək və kompleks generatorla da təchiz ediləcək. Binalarda qazlaşdırma olacaq və istilik sistemi üçün fərdi kombi şəbəkəsi quraşdırılacaq. Rəqəmsal TV, internet, telefon, yanğın təhlükəsizliyi sistemi, 24 saat mühafizə və müşahidə kameraları, mərtəbələrdə kondisionerlərin xarici bölmələri, həmçinin kombi üçün ventilyasiya olunan xüsusi servis eyvanları, hər mərtəbəyə çıxışı olan və özuyuyulan müasir zibil borusu da kompleksin üstünlüklərindəndir.
Məktəb, ticarət, müasir idman salonu, spa və digər istirahət yerləri isə "Twin Towers" yaşayış kompleksinin bir addımlığındadır.
Kompleksdən çıxaraq 8 Noyabr, Babək, Neftçilər və Heydər Əliyev prospekti ilə şəhərin istənilən nöqtəsinə rahat çata bilərsiniz.
Xatırladaq ki, Bakı Metropoliteninin Xətai stansiyası da şəhərin istənilən hissəsinə getmək üçün böyük üstünlük verir. Hazırda metronun tikintisi həyata keçirilən "Yaşıl xətt"i üzərində olan stansiyalardan biri də Ağ Şəhərdə yerləşəcək.
"Twin Towers" yaşayış kompleksində mənzillər müasir tələblərə uyğun şəkildə layihələndirilib. Mənzillər böyük hollar, işıqlı qonaq otaqları, geniş mətbəxlər, rahat yataq və vanna otaqlarından ibarət olacaq.
Layihə haqqında daha ətraflı məlumat üçün əlavə edilmiş fotolara baxa bilərsiniz.
Telefon: 012 525 00 02
Mobil telefon : 050 233 00 05
Sayt: boboconstruction.az
İnstagram: www.instagram.com/bobo_construction
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
-
- 28 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR
-
2 saat əvvəl
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

İdxal artsa da, Gömrük Komitəsi plana tam əməl edə bilmir

Oktyabrın 7-də gözlənilən hava şəraiti

Ersin Tatar Azərbaycana səfərə gəlib

Renault 3 min nəfəri ixtisar etməyi planlaşdırır

Dövlət büdcəsində 4,5 milyard manatlıq artıqlıq yaranıb
