Maliyyə Naziriliyi dövlət və icmal büdcəsinin icrasına dair məlumat yaydı

Maliyyə Nazirliyi 2021-ci il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumat
Gəlirlər
Operativ məlumata əsasən 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat proqnoza qarşı 3,8 faiz və ya 968,5 milyon manat artıq icra olunaraq 26 milyard 395,5 milyon manat təşkil edib. Bu 2020-ci illə müqayisədə 1 milyard 713,8 milyon manat və ya 6,9 faiz çoxdur.
Qeyri-neft sektoru üzrə daxilolmalar 12 milyard 859,2 milyon anat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1 milyard 208,2 milyon manat və ya 10,4 faiz, 2020-ci illə müqayisədə isə 2 milyard 179,6 milyon manat və ya 20,4 faiz çoxdur.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 8 milyard 531,4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 1 milyard 281,4 milyon manat və ya 17,7 faiz, 2020-ci illə müqayisədə isə 1 milyard 144,2 milyon manat və ya 15,5 faiz çoxdur.
Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 4 milyard 343,0 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 443,0 milyon manat və ya 11,4 faiz, 2020-ci illə müqayisədə isə 404,8 milyon manat və ya 10,3 faiz çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 12 milyard 200,0 milyon manat məbləğində transfertə qarşı 11 milyard 350 milyon manat məbləğində transfert daxil olub. Hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika və xərclər üzrə ilin sonuna gözlənilən icra göstəriciləri Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 850 milyon manat və ya 7,0 faiz az istifadə olunmasına imkan verib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 16,2 milyon manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 5,2 milyon manat və ya 47,3 faiz, 2020-ci illə müqayisədə isə 5,9 milyon manat və ya 57,3 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 612,9 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 16,8 milyon manat və ya 2,8 faiz çoxdur.
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 880 milyon manat, Azərbaycan Respublikası Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına 250 milyon manat və yaxud proqnozla nəzərdə tutulmuş məbləğlərdə vəsait daxil olub.
Dövlət büdcəsinə sair daxilolmalar üzrə 412 milyon manat vəsait təmin olunub ki, bu da proqnoza nisbətən 176 milyon manat və ya 74,6 faiz çoxdur.
2021-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 8 milyard 523,9 milyon manat icra olunub.
Xərclər
Opeativ məlumata əsasən 2021-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 96 faiz və ya 27 milyard 412,5 milyon manat icra olunub ki, bu da 2020-ci illə müqayisədə 996,2 milyon manat və ya 3,8 faiz çoxdur.
Strukturuna görə 2021-ci il dövlət büdcəsi xərclərinin 16 milyard 588,3 milyon manatı cari xərclərə (2020-ci illə müqayisədə 68,6 milyon manat və ya 0,4 faiz az), 8 milyard 625,4 milyon manatı əsaslı xərclərə (2020-ci illə müqayisədə 592,2 milyon manat və ya 7,4 faiz çox), 2 milyard 198,8 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci illə müqayisədə 472,6 milyon manat və ya 27,4 faiz çox) yönəldilib.
İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 10 milyard 297,1 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2020-ci illə müqayisədə 642,9 milyon manat və ya 6,7 faiz çoxdur.
2021-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 9 milyard 700,4 mlmilyon manat icra olunub.
Dövlət büdcəsinin kəsiri
2021-ci il dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat proqnozlaşdırılsa da faktiki kəsir 1 milyard 17 milyon manat təşkil etməklə proqnoza qarşı 2 milyard 99,0 milyon manat və ya 67,4 faiz az olub.
Büdcə kəsirinin ümum daxili məhsula nisbəti 1,1 faiz (proqnoza nisbətən 2,7 faiz-bənd az) təşkil edib.
Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (346,6 milyon manat), daxili və xarici borclanma (557,7 milyon manat) və dövlət əmlakının özəlləşdirməsindən (112,7 milyon manat) daxil olan vəsait hesabına həyata keçirilib.
İcmal büdcə
Operativ məlumata əsasən 2021-ci il icmal büdcəsinin gəlirləri 33 milyard 902,9 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 10 milyard 74,8 milyon manat və ya 42,3 faiz, 2020-ci illə müqayisədə isə 9 milyard 437,7 milyon manat və ya 38,6 faiz çoxdur.
İcmal büdcənin xərcləri 29 milyard 980,6 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 820,5 milyon manat və ya 2,8 faiz çoxdur.
İcmal büdcə 7 milyard 335,3 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 milyard 922,3 milyon manat büdcə artıqlığı ilə (profisit) yekunlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
10 d. əvvəl
“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
22 d. əvvəl
Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
2 saat əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyənin daha bir restoranlar şəbəkəsi Azərbaycan bazarına daxil olub
Son Xəbərlər

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür
Ən çox oxunanlar

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir

Rəsmi məzənnələr açıqlandı

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmir işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ
