Pandemiya şəraitində Çinin iqtisadi artımı davam edib - İQTİSADİYYATI 8,1 FAİZ BÖYÜYÜB
Çin Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Çinin ümumi daxili məhsulunun (ÜDM) artım tempi, ölkənin pandemiyanın mənfi təsirindən uğurla xilas olması fonunda 8,1% təşkil edərək, son 10 ildə ən yüksək göstərici olub. Son bir ildə Çin iqtisadiyyatının həcmi 114,36 trilyon yuanı (təxminən 17,98 trilyon dolları) ötüb.Çin iqtisadiyyatı son iki ildə koronavirus pandemiyasının mənfi təsirinə tab gətirə bildi, sürətini qorudu və gələcəkdə də uğurla inkişaf edəcək.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Çin Xalq Respublikasının Dövlət Statistika Komitəsinin rəhbəri Ning Jizhe bildirib.
“Ümumiyyətlə, ölkəmiz mövcud risklərə və çağırışlara baxmayaraq, sabit bərpa və inkişaf tendensiyasını qoruyub saxlaya bilib”, - o, mətbuat konfransında deyib.
Rəsmi şəxsin sözlərinə görə, Çin iqtisadiyyatının uğurlu artımına töhfə verən stimullaşdırıcı amillər “məqbul diapazonda dəyişməz qalıb”.
"Çinin intensiv inkişafı üçün şərtlər də dəyişməyib. Bütün il üçün performansı nəzərə alsaq, Çin iqtisadiyyatının sabit irəliləyiş göstərməyə davam edəcəyini proqnozlaşdırmaq olar",- " Ning Jizhe bildirib.
Çinin 2021-ci ildə ÜDM-in artım tempi son 10 ilin ən yüksək səviyyəsinə çatıb
Çinin 2021-ci ildə iqtisadi artım tempi ölkənin pandemiyanın mənfi təsirindən uğurlu şəkildə xilas olması fonunda son 10 ildə ən yüksək göstərici olub və 8,1% təşkil edib.
Bu barədə bazar ertəsi Çin Xalq Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.
Çin iqtisadiyyatının həcmi son bir ildə 114,36 trilyon yuanı (indiki məzənnə ilə təxminən 17,98 trilyon dollar) ötüb.
Göstərilən dövrdə kənd təsərrüfatı sektoru 7,1% artaraq 8,3 trilyon yuana (təxminən 1,3 trilyon dollar), sənaye 8,2% artaraq 45,09 trilyon yuana (7,09 trilyon dollar), xidmət sahəsi də 8,2% artaraq 60,97 trilyon yuana (9,59 trilyon dollar) çatıb.
Son bir neçə ildə Çinin ÜDM-nin artım tempi nəzərəçarpacaq dəyişikliklərə məruz qalıb. 2019-cu ildə ölkədə iqtisadi artım 6% təşkil edib, 2020-ci ildə isə pandemiya səbəbindən kəskin şəkildə 2,2%-ə düşüb ki, bu da son 40 ildən çox müddətdə ən aşağı səviyyədir.
2021-ci ildə Çində işsizlik səviyyəsi 5,1% olub, 12,69 milyon iş yeri açılıb.
Çində şəhərlərdə işsizlik səviyyəsi 2021-ci ildə 5,1% təşkil edib və 12,69 milyon yeni iş yeri yaradılıb. Bu barədə bazar ertəsi Çin Xalq Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.
Çində daxili iqtisadi vəziyyətə dair hökumətin illik hesabatlarında kənd yerlərində məşğulluq bazarına dair məlumatlar heç vaxt təqdim edilmir. Bu, müvafiq göstəricinin dəyişməsinə təsir edən amillərin xüsusiyyətləri ilə bağlıdır.
Qeyd edilib ki, 25 yaşadək insanlar arasında işsizlik 14,3 faiz təşkil edib. 25-59 yaş arası vətəndaşlar arasında bu nisbət 4,4%-ə çatır.
Statistikaya görə, 2020-ci ildə Çin hökuməti məşğul əhalinin sayının 11,86 milyon nəfər artmasına nail olmaqla, planı 131,8 faiz yerinə yetirib. ötən il işsizlik səviyyəsi 5,2% təşkil edib.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
20 d. əvvəl
Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib
- 28 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
2 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 2 saat əvvəl
-
3 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
İyunun 17-də gözlənilən hava şəraiti
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Ən çox oxunanlar
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”

























