Tesla şirkəti, Cybertruck-ın istehsalını 2023-cü ilə təxirə saldı
"Reuters"in xəbərinə görə, "Tesla" şirkəti bu ilin sonunda istehsalna başlayacağı gözlənilən "Cybertruck" model avtomobillərin istehsal tarixini 2023-cü ilin birinci rübünə təxirə salıb. Xəbərdə "Tesla"nın təxir qərarını, bu seqmentdə artan rəqabəti nəzərə alaraq elektrikli pikap "Cybertruck"un xüsusiyyətlərini və funksiyalarını dəyişməyə qərar verdiyi üçün verildiyi bildirilib.
"Tesla" şirkəti haqqında çox danışılan elektrikli pikap avtomobili "Cybertruck"ın istehsal tarixini 2023-cü ilin birinci rübünə keçirmək qərarına gəlib.
Marja "Reuters"ə istinadən xəbər verir ki, mövzuya yaxın mənbəylərin verdiyi xəbərə görə, bu ilin sonunda başlaması gözlənilən istehsal, avtomobilin bəzi xüsusiyyətlərinin dəyişdirilməsilə əlaəqdar olaraq təxirə salınıb.
Dekabr ayında "Tesla"nın Baş direktoru Elon Musk, Twitter-də bu avtomobil ilə bağlı verilən suallara cavablarından birində, ilk istehsal edilən "Cybertruck" modelinin dörd mühərrikli olacağını və nəqliyyat vasitəsinin "bir xərçəng kimi" hərəkət etməsi üçün ön və arxa təkərlər üçün fərqli sükan xüsusiyyətlərinə malik olacağını bildirmişdi.
"Cybertruck" satışa çıxdığı zamanı "Ford Motor Co"nun elektrikli "F-150 Lightning" və "General Motors Co"nun yayda təqdim olunacaq "Silverado" kimi güclü rəqibləri ilə rəqabət aparmalı olacaq.
Elon Musk 2019-cu ilin noyabrında "Cybertruck"ı təqdim edəndə "Twitter"də mənfi xəbər fırtınasına səbəb oldu. "Tesla"nın dizayn şefi zirehli şüşənin qoruyucu imkanlarını nümayiş etdirmək üçün avtomobilin şüşəsinə metal top atmışdı. Lakin işlər nəzərdə tutulduğu kimi getməmiş və şüşə sınmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
3 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
