Azərbaycan tam üzən məzənnə rejiminə keçir
Azərbaycanda tam üzən məzənnə rejiminə keçid təmin edilməlidir.
“Marja” xəbər verir ki, bu brədə Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində deyilir.
Yol xəritəsində bildirilir ki, tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi Qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycanın xarici və daxili iqtisadi balansına neqativ təsirlərini minimuma endirmək, ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, həmçinin ölkənin malik olduğu xarici valyuta ehtiyatlarının bütövlüyünü təmin etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2015-ci il 21 dekabr tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilmiş, üzən–tənzimlənən məzənnə rejiminin tətbiqinə başlanılmışdır.
Tam üzən məzənnə rejiminin tətbiqinə nail olmaq üçün ilk növbədə yaxın və ortamüddətli dövrdə hazırda tətbiq edilən üzən–tənzimlənən məzənnə rejiminin məzmununun bir daha dəqiqləşdirilməsi vacibdir.
Tam üzən məzənnə rejiminə keçid həyata keçirilməlidir və bu baxımdan, ilk növbədə yaxın və ortamüddətli dövrdə məzənnə siyasətinin əsas strateji hədəfi kimi idxalın əvəzlənməsi siyasətinin dəstəklənməsi prioritet seçilə bilər.
Məhz istehlak səbətində idxal məhsullarının 69 payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndirilməsi, ortamüddətli dövrdə isə tamamilə ləğv edilməsi üzən rejimə səmərəli keçidi təmin edəcəkdir. Üzən məzənnə rejiminə keçidin şərtlərindən biri də daxili maliyyə bazarının inkişafına, bazarda hedcinq və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinin təqdim edilməsinə nail olmaqdır. Bundan əlavə, Mərkəzi Bankın valyuta bazarına müdaxilə strategiyasının hazırlanması və onun maliyyə bazarı iştirakçılarına səmərəli şəkildə kommunikasiya edilməsinin təmin olunması istiqamətində tədbirlər nəzərdən keçiriləcəkdir.
YENİ ALTERNATİV LÖVBƏRİN HƏDƏFLƏNMƏSİ
“BVF-nin hesabatına görə, Azərbaycan 2015-ci ilin sonunadək de-fakto məzənnənin hədəflənməsi rejimini reallaşdırmışdır. Bu rejim əsnasında pul siyasətinin lövbəri qismində məzənnə çıxış etmişdir. Dünya bazarında neftin qiymətinin kəskin düşməsi xarici sektor üzrə balansın təmin edilməsi ilə bağlı ciddi çağırışlar formalaşdırmış, xarici sektorda olan problemlər daxili iqtisadi balans üzərində neqativ təsirlər əmələ gətirmişdir. Yeni dövrün şərtlərinə uyğunlaşmaq, daxili və xarici iqtisadi balansı təmin etmək üçün milli valyuta iki dəfəyə yaxın ucuzlaşmış, faktiki olaraq, pul təklifinin hədəflənməsi rejiminin tətbiqinə başlanılmışdır. Bu rejimin reallaşdırılması isə pul təklifinin–pul bazasının pul siyasətinin lövbəri kimi seçilməsi hesabına təmin edilmişdir. Orta və uzunmüddətli dövrdə pul siyasəti rejiminin təkmilləşdirilməsi məqsədilə faiz dərəcələri nəzərə alınan lövbərlərdən biri seçilə bilər. Faiz dərəcələrinin lövbər qismində seçilməsi pul siyasətinin iqtisadiyyata ötürücülüyünü yüksəltməklə, qiymət və maliyyə sabitliyinin daha effektiv təmin edilməsinə imkan verəcəkdir”, - Yol xəritəsində deyilir.
Strateji Yol Xəritəsilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)








