“Bakı-Tbilisi-Ceyhan kəmərini partlatmaq tapşırığı almışdıq”
Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi davam edib.
Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirdikləri “TM 62-M” və “E-00-M” tipli, ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan edilib.
Hakim bildirib ki, ittiham məhkəmə istintaqında öz təsdiqini taparsa, təqsirləndirilən şəxslər maddələr üzrə 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər.
Məhkəmədə şahid qismində Azərbaycan Ordusunun zabiti Nicat Abdulhüseynov ifadə verib. O bildirib ki, 27 may 2021-ci ildə Kəlbəcər rayonun Ayrım yaşayış yeri ərazisində döyüş mövqeyində xidmət apararkən gecə saatlarında düşmənin üzbəüz mövqeyində fəallıq aşkar olunduğu barədə məlumat alıblar: “Bütün mövqelərə gücləndirmə verdik. Xəbər verdilər ki, həmin döyüş mövqeyindən sol cinahından düşmənin 6-8 hərbi qulluqçusu bizim döyüş mövqeyimizə girir. Tam müşahidə götürdük və gecə görmə cihazları ilə onların hərəkətini izlədik. Səhər 3-5 radələrində düşmən təminat yollarımıza tərəfə irəliləyirdi. Düşmən tank əleyhinə 4 mina, piyada əleyhinə 20 mina basdırmaq istəyirdi. Əməliyyat keçirdik və onları tərksilah etdik. Onların məqsədi bizim döyüş mövqeyimizi gedən təminat yollarımızı minalamaq idi".
Şahid qismində dindirilən digər zabit Hüseyn Həsənov bildirib ki, mayın 27-də döyüş mövqelərindən qərargaha məlumat daxil olub: "Dedilər ki, erməni diversiya qrupu Azərbaycan ərazisinə daxil olub. Müşahidə apardıq, onların içəriyə qədər irəliləməsinə imkan verdik. Dərhal taborun ehtiyat qüvvələrini əraziyə cəlb etdik. Düşmənin diversiya qüvvələri iş başında aşkar edildi və tərksilah olundu. Üzərilərində silahlar və minalar aşkar edildi. Əraziləri yoxladıq, məlum oldu 3 döyüş mövqeyimizə gedən təminat yollarına artıq mina düzüblər. Minalar zərərsizləşdirildi. Saxladığımız şəxsləri də aidiyyəti üzrə təhvil verdik. Bunlar dövlət sərhədindən 150-200 metr bizim ərazimizə daxil olaraq minalamağa cəhd göstəriblər".
Təqsirləndirilən İşxan Sarqsyan ifadəsində Ermənistanın xüsusi təyinatlı hərbi hissəsində xidmət etdiyini və mayın 24-ə komandanlıqdan əmr gəldiyini deyib: “Həmin gün Sisyan rayonuna göndərildim. Ayın 25-də Qaragöl ətrafında yerləşən qrupumuza qoşulduq. Sonra Basarkəçər ərazinə göndərildim. Əmr gəldi ki, oranın kəşfiyyatını aparım. Əmr gəldi ki, yolu minalamaq lazımdır. İşimizin götürüb qurtaranda Azərbaycan əsgərləri gəldi. Bəziləri geri qayıda bildi, biz isə təslim olduq".
Təqsirləndirilən şəxs Bakı-Tbilisi-Ceyhan kəmərinin partladılması il bağlı döyüş tapşırığı olduğunu etiraf edib: "Tovuz döyüşləri zamanı bu cür döyüş tapşırığı olub. Mərkəzi qərargahda əmr gəlmişdi ki, o ərazidə zəif müdafiə olunan yerləri kəşfiyyatını aparaq. Neft kəmərinin partladılması əmri ilə bağlı mən xəritədə Azərbaycan ordusunun mövqelərini qeyd etmişdim və zəif müdafiə olunan əraziləri hesablamışdım. Mən Ermənistan tərəfində oranı müşahidə etmişəm. Xəritələrdə, sənədlərdə qeydlər aparıb, aidiyyəti üzrə təhvil vermişəm".
Digər təqsirləndirilən Vladimir Rafaelyan mayın 26-da komandirlərlə birlikdə Basarkeçə gəldiyini deyib: "Mən komandirin əmri ilə xüsusi təyinatlara qoşuldum. Mənim rəhbərim İşxan təyin edildi. Əraziyə 3 tank minası və 20 piyada əleyhinə mina apardıq. İşxanın əmrinə tabe olmalıydım. Gecə Kəlbəcər rayonuna daxil olduq. İsxanın dalınca gedirdik. Minaları basdırmaq barədə İşxandan əmr aldıq. Minaları basdıranda Azərbaycan Ordusunun hərbi qulluqçuları bizə yaxınlaşdı. Tərksilah edildik və təslim olduq".
Məhkəmə prosesi yanvarın 24-də davam edəcək.
Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham edilir.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 11 d. əvvəl
-
27 d. əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 38 d. əvvəl
-
45 d. əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
1 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“İrana bombardmançı təyyarələrimizi göstərdik”
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir
50 investor "FNC BOKT"a 4 milyon 750 min manat borc verdi
"Bu proses nəzarətsiz davam etsə, rəsmi avtomobil bizneslərinin tənəzüllünə gətirib çıxara bilər"
Toyuq və toyuq sendviçləri menyusu ilə məşhur olan ABŞ markasının Bakıda restoranı açılır




















