Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Daha 13 gənc "Veysəloğlu"da işlə təmin olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha 13 gənc "Veysəloğlu"da işlə təmin olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “Veysəloğlu ilə İlk Addım” (“VİA”) təcrübə proqramını uğurla başa vuran gənclər şirkətin müxtəlif bizneslərində karyera seçimi əldə ediblər.

Bu, Veysəloğlu Şirkətlər Qrupu tərəfindən gənclərin peşəkar və fərdi inkişafına dəstək məqsədilə həyata keçirilən “VİA” layihəsinin üçüncü buraxılışıdır. Proqrama bu il universitet təhsilini yenicə tamamlamış 142 məzun müraciət edib, müsahibə əsasında onların sırasından universitetə giriş balı və qiymət ortalama balı (GPA) yüksək olan 13 nəfər layihədə iştirak şansını qazanıb.

Proqram ərzində iştirakçılar Şirkətlər Qrupu və qrupa daxil olan şirkətlərin (“Veysəloğlu” MMC, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” Şokolad Fabriki, “AVT LOGİSTİKA” MMC, “Xonça” Fabriki) strukturlarında təcrübə qazanıb, iş prosesi ilə yaxından tanış olub, təlimlərə cəlb ediliblər. Eyni zamanda Şirkətlər Qrupunun Mərkəzi Kitabxanasında 40-a yaxın kitab oxuyaraq dünyagörüşlərini zənginləşdiriblər.

Təcrübə, öyrənmə, inkişaf və dəyərləndirməni əhatə edən 5 aylıq layihə müddətində gənclər həm də ilk əməkhaqqılarını qazanıblar. Layihənin sonunda iştirakçılara topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələri üzrə çalışmaq istədikləri strukturu seçmək imkanı verilib.

“Veysəloğlu ilə İlk Addım” təcrübə proqramının 3-cü buraxılışından olan video

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehsaldan paylanmaya, logistikaya, supermarket şəbəkələri vasitəsilə müştərilərlə birbaşa qarşılıqlı əlaqəyə qədər tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən qabaqcıl və çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Bu gün 18 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından olan VŞQ-nin əsas vəzifələrindən biri də əmək bazarının tələblərinə uyğun gənc kadrlar yetişdirmək və məzunları məşğulluqla təmin etməkdir.

Veysəloğlu
10.01.2022 12:42
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18