671 ton quru tütün istehsal edib, 187 tonunu Rusiyaya ixrac edib
“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində ötən il 671 ton quru tütün istehsal edilib
Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsində 2021-ci ildə 671 ton quru tütün istehsal edilib. Rusiya şirkətləri ilə bağlanmış müqaviləyə əsasən ötən ilin sonunadək bu ölkənin bazarlarına 187 ton quru tütün ixrac olunub və proses cari ildə də davam etdiriləcək. Bu barədə “Zaqatala AGRO İndustry” MMC-dən məlumat verilib.
Qeyd edək ki, “Tet İnternational Development” şirkəti Azərbaycanda 3 ildir ki, fəaliyyət göstərir. Əsasən kənd təsərrüfatı sahəsinə sərmayələr qoyan şirkət ölkəmizdə tütünçülüyün inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirir. Hazırda Azərbaycanda şirkətin 4 tütünqurutma müəssisəsi işləyir. Bu müəssisələr Oğuz, Tovuz, Şəki və Zaqatala rayonlarında yerləşir. Şirkətin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsi bu müəssisələr arasında ən böyüyüdür.
Şirkət tərəfindən Zaqatala rayonunda emal müəssisəsinin tikintisinə 2021-ci ilin yanvarında başlanılıb və iyulda istifadəyə verilib. Məntəqədə 120 tütünqurutma kamerası quraşdırılıb. Tütün istehsalı ilə bağlı ötən il Zaqatala, Qax və Şəki rayonlarında 54 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Eyni zamanda fermerləri tütün şitilləri ilə təmin etmək üçün məntəqənin özündə 48 ədəd istixana quraşdırılıb.
Məhdud Məsuliyyətli Cəmiyyətdən verilən məlumata görə, ötən il müəssisə tərəfindən Zaqatala rayonunda 300 hektar, Qaxda 365 hektar, Şəkidə 35 hektar olmaqla, ümumilikdə, 700 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Mövsüm ərzində emal məntəqəsinə istehsalçılardan 5 min 388 tonadək yaşıl tütün kütləsi daxil olub.
2022-ci ildə “Zaqatala AGRO İndustry” MMC tərəfindən Zaqatala və Qax rayonlarında 600 hektaradək sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
2 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
2 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
3 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
7 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
7 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
7 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur


Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
