Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Almaniya hakimiyyəti restoranlara girişi sərtləşdirməyə razılıq verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniya hakimiyyəti restoranlara girişi sərtləşdirməyə razılıq verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Omicron ştamının yayılması ilə əlaqədar Almaniya hakimiyyəti iaşə müəssisələrinə - restoranlara, pablara, barlara və kafelərə girişi sərtləşdirməyə razılıq verib.

“Der Spiegel” xəbər verir ki, gələcəkdə peyvəndlərin tam kursunu tamamlayan və ya sağlam insanlar belə mənfi test nəticəsini təsdiqləyən sənəd təqdim etməli olacaqlar.

Koronavirusun yerli səviyyədə yayılma sürətindən asılı olmayaraq, “2G plus” qaydası bütün ölkə ərazisində tətbiq olunacaq.

Bu qayda peyvəndin gücləndirici dozasını vurduranlara şamil olunmayacaq. İmmunizasiyası olmayan vətəndaşlar isə ümumiyyətlə, belə imkandan məhrum olacaqlar.

Qaydanın yanvarın 15-dən qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, cümə günü Olaf Şolz və federal əyalətlərin başçıları Almaniyada koronavirusla bağlı vəziyyəti müzakirə ediblər.

08.01.2022 08:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18