Gələn il Bakı və İstanbul birjaları arasında dual listinq modelinin tətbiq edilməsi nəzərdə tutulur
Kapital bazarının infrastrukturunun inkişaf etdirilməsi istiqamətində Türkiyənin mərkəzi depozitarı ilə əlaqələr qurulmuş və növbəti ildən Bakı Fond Birjası ilə İstanbul Birjası arasında dual listinq modelinin tətbiq edilməsi nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Bəyanatda qeyd edilib ki, 2021-ci ildə iqtisadiyyatın maliyyəyə çıxışının dəstəklənməsində kapital bazarının imkanlarından istifadənin aktivləşdirilməsi təmin edilmişdir. Kapital bazarının əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, hüquqi çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin bazarda tələb və təklifin dəstəklənməsi istiqamətində işlər davam etdirilmişdir. Cari ildə özəl sektorun kapital bazarından maliyyələşmə təşəbbüslərinin və fond birjasında listinqin təşviq edilməsi məqsədilə listinq tələbləri sadələşdirilmiş və investorlar üçün stimullaşdırıcı tarif rejiminin tətbiqinə başlanmışdır. Kapital bazarında maliyyə vasitəçiliyinin inkişaf etidirilməsi və maliyyə inklüzivliyinin artırılması məqsədilə qiymətli kağızlar bazarında müştəri hesablarının məsafədən açılması və sifarişlərin elektron qaydada təqdim edilməsi imkanları yaradılmış və marja ticarətinə dair tələblər təkmilləşdirilmişdir.
2021-ci ildə korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 535 milyon manat olan 20 emissiya prospekti təsdiq edilmiş və cari ilin ilk 11 ayında 505 milyon manat məbləğində korporativ qiymətli kağız fond birjasında yerləşdirilmişdir. Qeyd edilən dövrdə fond birjasında ticarət həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,3%, bu dövrdə repo bazarı isə 3,4 dəfədən çox artmışdır.
Bəyanatda bildirilir ki, kapital bazarının fəaliyyətinin hüquqi çərçivəsi və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, habelə ekosistemdə mövcud olan və kapital bazarından effektiv maliyyələşməni məhdudlaşdıran maneələrin aradan qaldırılması istiqamətində beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq davam etdiriləcəkdir. İnvestisiya şirkətlərində nəzarət çərçivəsinin və korporativ idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərin icrası nəzərdə tutulur. Kapital bazarında maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi üzrə investisiya fondlarının fəaliyyətinin təşviq edilməsi və bankların kapital bazarında birbaşa iştirak imkanlarının yaradılması üzrə işlər davam etdiriləcəkdir. Kapital bazarı infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mərkəzləşdirilmiş ticarət və depozitar sisteminin qurulması və qiymətli kağızların emissiyası prosesinin elektronlaşdırılması nəzərdə tutulur. Kiçik və Orta Biznes (KOB) subyektlərinin kapital bazarından maliyyələşməsinin təşviqi məqsədilə onlar tərəfindən emissiya edilən korporativ istiqrazlara zəmanət və subsidiyanın verilməsi mexanizminin yaradılması üzrə tədbirlər görüləcəkdir. Mərkəzi Bankın IOSCO (Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatı) təşkilatına imtiyazlı üzvlüyünün təmin edilməsi, xarici investorların kapital bazarına çıxış imkanlarının artırılması məqsədilə qlobal kastodianlarla əlaqələrin qurulması, törəmə maliyyə alətləri üzrə tənzimləyici çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə şirkətlərlə və əhali ilə maarifləndirici tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 31 d. əvvəl
-
- 39 d. əvvəl
- 48 d. əvvəl
-
59 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)




.jpg)







.jpg)






