Rusiya şirkətinin törəməsi Azərbaycanın şərab şirkətini aldı - MÜQAVİLƏ İMZALANDI
Rusiya şirkəti Azərbaycanın şərab istehsalçısını özəlləşdirdi!Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə məxsus payının satışı üzrə investisiya müsabiqəsi elan edilmişdir.
Dekabrın 24-də müsabiqəyə yekun vurulub, Rusiyanın “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin (PSC) yerli törəmə müəssisəsi olan “AzAbrau” MMC investisiya müsabiqəsinin qalibi elan olunub.
Dekabrın 27-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Rusiyanın “Abrau-Durso” PSC arasında “Şəki Şərab” MMC-nin satışı üzrə alqı-satqı müqaviləsi imzalanıb.
Müqavilənin şərtlərinə uyğun olaraq, müsabiqə qalibi dövlət büdcəsinə 1 milyon 920 min manat məbləğində pul vəsaitinin köçürülməsini, müəssisənin inkişafı üçün ümumi həcmi 4 milyon 500 min manata yaxın məbləğdə təşkil edən İnvestisiya Proqramının icrasını üzərinə götürüb. “AzAbrau” MMC həmçinin, müəssisənin ümumi məbləği 535 min manat olan əmək haqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarının ödənilməsini təmin edəcəkdir.
“AzAbrau” MMC Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. Şirkət yaxın perspektivdə üzüm bağlarının salınmasını da nəzərdə tutur. Üzüm sortları arasında yalnız bu regionda yetişən Mədrəsə və Bayanşirə xüsusi maraq doğurur.
Qeyd edək ki, “Şəki Şərab” MMC 6 hektar ərazidə yerləşir. Müəssisə ildə 2,6 milyon butulka şərab istehsal etmək imkanına malikdir.
"Abrau-Durso" PSC qədim şərabçılıq ənənələrinə malik Azərbaycan şərablarının ilk növbədə Rusiya bazarlarına, həmçinin digər xarici bazarlara da çıxışını genişləndirmək niyyətindədir.
Müəssisənin şərabçılıq sahəsində tanınmış “Abrau-Durso” PSC tərəfindən özəlləşdirilməsi Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafında, müasir texnologiyaların tətbiqində, şərab məhsullarının ixracının genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.
"Abrau-Durso" PSC-nin prezidenti Pavel Titov: "Bizim üçün bu, ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq bazarlara çıxış strategiyasının reallaşdırılması istiqamətində növbəti mühüm addımdır. Azərbaycan tanınmış şərabçılıq regionudur. Unikal mülayim iqlim şərabçılığın inkişafı üçün olduqca əlverişlidir. Qafqaz dağları Azərbaycanda şaxtanın yayılmasının qarşısını alır. İsti, quru olmayan yay üzümün tam yetişməsinə imkan verir. Yerli üzüm növləri özünəməxsus və unikal dadı ilə seçilir. Biz burada istehsal olunan şərabların ixrac potensialı baxımından böyük perspektivlər görürük".
İnvestisiya müsabiqəsinin qalibi “AzAbrau” MMC Rusiya Federasiyasının “Abrau-Durso” PSC tərəfindən təsis olunub və onun törəmə müəssisəsidir. Böyük şərabçılıq və biznes təcrübəsinə malik şirkətlər qrupu dünyanın 20-dən çox ölkəsinə şərab ixrac edir. Rusiyanın ən böyük şərab satıcısı olan "Abrau-Durso" Rusiyanın pərakəndə satış məntəqələrində geniş təmsilçilik hüququna malikdir. “Abrau-Durso” Rusiyada 5 tanınmış spirt markasından biri olmaqla yanaşı, şərab istehsalçıları arasında həm kəmiyyət, həm də keyfiyyət baxımından ən geniş distributorluğa malikdir. 4 şərab zavodunun sahibi olan şirkətlər qrupu 2020-ci ildə 40 mln. butulkadan çox məhsul satışına müvəffəq olub. Şirkətin 3 böyük üzüm bağı, 6500 hektardan çox torpaq sahəsi və "Abrau-Durso" brend mağazaları vardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 18 d. əvvəl
- 38 d. əvvəl
-
49 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!














.jpg)



