Bakıda qiymətlərin aşağı olacağı yeni marketlər şəbəkəsi yaradılır
“Azərbaycan Supermarket” şirkəti ekspres formatda marketlərini istifadəyə verməyə hazırlaşır.
“Marja” xəbər verir ki, tezliklə Xaqani 26/32 ünvanında (Landmark-ın yanı) yeni formatda “Bravo Ekspres” fəaliyyətə başlayacaq. Əvvəllər bu ünvanda "Tahir 96" marketi fəaliyyət göstərirdi.
BÜTÜN BAKINI ƏHATƏ EDƏCƏK
“Bravo Ekspres olaraq maksimum keyfiyyəti minimum qiymətə sizə gətirir. Bundan sonra yeni format, Bravo Ekspres mağazalarına bütün Bakı ərazisində rast gələcəksiniz. Bir sözlə Bravo Sizə daha yaxın olacaq”,- şirkətdən bildirilib.
Xətai rayonunda (Əhmədli qəsəbəsi, Ramiz Quliyev 4, Keçmiş Radio Zavod) Bravo Hipermarketi, “Gənclik Mall” ticarət mərkəzində və Bilgəhdə “Amburan Mall”da Bravo supermarketi fəaliyət göstərir.
Qeyd edək ki, son vaxtlar endirim mağazalarının (Discount market) sayı artır. Endirim mağazası uzun zamandır istifadə edilən pərakəndə ticarət modelidir. Bu mağazalar ana prospektlərdə və ya icarə haqlarının yüksək olduğu ünvanlarda yerləşmirlər. Belə marketlərə məhəllə marektləri də demək olar. Endirim mağazalarında geniş tanınmamış markaların məhsullarının satılmasına üstünlük verilir.
"Marja" xəbər verir ki, Azərbaycanda ən böyük “discount market” şəbəkəsi “Veysəloğlu” şirkətlər qrupuna bağlı “OBA”dır. “Azersun Holdinq” də “Sərfəli” adında endirimli market şəbəkəsini yaradır.
“Azərbaycan Supermarket” şirkətindən “Marja”ya bildirildi ki, “Bravo Ekspres” endirimli mağaza formatına aid edilmir. “Bravo Ekspres”lərin açılmasında məqsəd alıcıların daha rahat və sürətli alış-veriş etmələrini təmin etməkdir. “Bravo Ekspres”də əsasən gündəlik təlabat mallarının satışına üstünlük veriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 26 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
6 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)



