Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“McDonald’s” məhdud imkanlara malik UNEC tələbələrinə maliyyə dəstəyi göstərib – FOTO/VİDEO

iç səhifə xəbər başlığı altı (mobil)_31
“McDonald’s” məhdud imkanlara malik UNEC tələbələrinə maliyyə dəstəyi göstərib – FOTO/VİDEO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “McDonald’s Azərbaycan” şirkəti arasında əməkdaşlıq çərçivəsində məhdud imkanlara malik tələbələr üçün müsabiqə başa çatıb.

Müsabiqənin yekunlarına görə şirkət tərəfindən maliyyə dəstəyi göstəriləcək namizədlər seçiliblər.

Xatırladaq ki, UNEC rektoru, professor Ədalət Muradov və “McDonald’s Azərbaycan”ın baş direktoru Oskar Boqopolskinin imzaladıqları memoranduma əsasən, tərəflər tələbələrdə müxtəlif istiqamətlərdə biliklərin inkişafı, istehsalat və könüllü praktiki proqramların təşkili, təhsil haqqının ödənilməsi, həmçinin sertifikatlaşmadan keçmə kimi məsələlərdə əməkdaşlıq edəcəklər.

UNEC-in bildirdiyinə görə, ərizə təqdim etmiş on beş tələbədən beşi bütün zəruri meyarlara cavab verdilər və müsabiqənin yekunlarına əsasən “McDonald’s Azərbaycan” cari il üçün onların təhsil haqqını ödəyəcəkdir.

Qeyd edək ki, sözügedən təşəbbüs UNEC və “McDonald’s Azərbaycan” arasında uzunmüddətli məhsuldar əməkdaşlığın başlanğıcıdır.

Sosial məsuliyyət “McDonald’s”ın korporativ siyasətinin vacib hissəsidir və UNEC-lə əməkdaşlıq bu istiqamətdə şirkətin fəaliyyətinin sərhədlərini genişləndirdi. Çətinliklərlə üzləşən tələbələrə yardımın göstərilməsi yalnız maddi dəstək deyil, həm də onlarda özlərinə və gələcəyə inamı qorumağa yardım edir.

20.12.2021 11:59
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18