Dünyanın ən sakit ölkələri açıqlanıb
İqtisadiyyat və Sülh İnstitutu, dünyadakı 163 ölkəni təhlükəsizlik və rahatlıq (xoşbəxtlik) baxımından sıralayıb.
"Marja" xəbər verir ki, cəmiyyətdəki təhlükəsizlik vəziyyəti, münaqişələr və militarizasiya dərəcəsinə görə hazırlanan siyahıda İslandiya 9 ildir ki, sahib olduğu birinciliyi qoruyur. 6 ildir müharibənin davam etdiyi Suriya yenə son sırada yer alıb.
Suriyada müharibənin başladığı 2011-ci ildən bu yana dünya miqyasında xoşbəxtlik səviyyəsi ilk dəfə artıb. Dünya miqyasında xoşbəxtlik səviyyəsi 0.28 faiz artıb, terror hücumlarında ötən illə müqayisədə baş verən azalmanın sülh səviyyəsində az da olsa artıma səbəb olduğu bildirilib.
AZƏRBAYCAN 132-Cİ YERDƏDİR
Azərbaycan siyahıda 2 pillə irəliləyərək 132-ci yerə qalxıb.Hesabatda Dağlıq Qarabağ münaqişəsinə, onun hələ də həll edilməməsinə, hərbi xərclərin artmasına diqqət çəkilib.
TÜRKİYƏ KOLUMBİYA İLƏ EYNİ SIRADA
Türkiyə bu il bir sıra geriləyərək Kolumbiya ilə birlikdə 146-ci sırada qalıb. Türkiyə həmçinin dünyada terror aktı nəticəsində ölümlərin ən çox artdığı ölkələr arasında yer alıb.
ABŞ-da cinayətlərin artmasına diqqət çəkilib. Avropa Birliyi ölkələri son dövrlər baş verən terror hücumlarına baxmayaraq, dünyanın ən sakit bölgəsi olaraq qalır. Tədqiqatda, Avropada terror hücumlarının təsirilə populizm yüksəldiyi, gəlir bərabərsizliyinin də ciddi dərəcədə artdığı qeyd olunub. Dünyanın ən narahat bölgələri də Afrika və Yaxın Şərq olub.
Qlobal Sülh İndeksi 2017 hesabatındakı ilk 10 ölkə: İslandiya, Yeni Zelandiya, Portuqaliya, Avstriya, Danimarka, Çexiya, Sloveniya, Kanada, İsveçrə, İrlandiya.
Son zamanlarda isə uzun illərdir qarşıdurmaların davam etdiyi Suriya, Əfqanıstan, İraq, Cənubi Sudan və Yəmən var.
http://visionofhumanity.org/app/uploads/2017/06/GPI-2017-Report-1.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
12 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
-
19 d. əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
Qızılın bahalaşması yenidən sürətlənib
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
























.jpg)
