Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Kərə yağına gömrük rüsumları üzrə güzəşt daha 2 il uzadıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kərə yağına gömrük rüsumları üzrə güzəşt daha 2 il uzadıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində" dəyişiklik edib.

Marja.az xəbər verir ki, qərar, daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması məqsədilə qəbul edilib.

Qərara əsasən tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddəti 31.12.2023-cü il tarixinədək uzadılıb. Müddət 31.12.2021-ci il tarixində başa çatacaqdı.

Kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarına 5 %-lik idxal gömrük rüsumları tətbiq edilməkdə davam edəcək. Əvvəllər bu məhsullara 15 %-lik idxal gömrük rüsumu tətbiq edilirdi.

"Qərarın qəbul edilməsi ilə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalı üzrə rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması nəticəsində istehlak qiymətlərində sabitliyin təmin olunması və kərə yağı məhsulları ilə təminatın səviyyəsinin qorunub saxlanılması proqnozlaşdırılır",- Nazirlər Kabinetindən Marja-ya bildirilib.

Kərə yağı
17.12.2021 12:43
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18