Azərbaycan-Türkiyə iş birliyini daha da gücləndirir - BAKIDA GÖRÜŞ
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçılarının siyasi iradəsinin, dostluq və qardaşlıq münasibətlərinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. İki ölkə arasında Preferensial Ticarət Sazişinin əhatə dairənin genişləndirilməsi istiqamətində işlər aparılır və bu, iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul yaradacaq.
Qardaş ölkələr arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyə 1-ci yerdədir. Azərbaycanda qeyri-neft sektoruna investisiya yatıran ölkə isə Türkiyədir. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətləri fəallıq göstərirlər və bu, qardaşlığımzı bir daha nümayiş etdirir.
Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrin qurulmasında rolu və müxtəlif sahələrdə tərəfdaşlığın gücləndirilməsi potensialı diqqətə çatdırılıb.
Türkiyənin ticarət naziri Mehmet Muş ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, Azərbaycan-Türkiyə iş birliyinin daha da gücləndirilməsi istiqamətləri bardə fikirlərini bildirib.
Tərəflər iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)





