İngiltərədə inflyasiya 10 ilin ən yüksək səviyyəsində
İngiltərədə istehlakçı qiymətləri indeksi (inflyasiya göstəricisi) Noyabrda illik 5.1% artıb. Bu, son 10 ilin ən yüksək inflyasiyasıdır.
Marja xəbər verir ki, İngiltərədə inflyasiya Noyabrda geyim, yanacaq və ikinci əl avtomobildə artan xərclər ilə əlaqədar olaraq 10 ildən çox müddətin ən yüksək səviyyəsinə çatıb.
İngiltərə Statistika Ofisinin məlumatlarına görə, istehlakçı qiymətləri ötən ilin noyabr ayı ilə müqayisədə 5.1% artaraq 2011-ci ilin Sentyabr ayından bəri ən yüksək səviyyəyə yüksəlib. İqtisadçıların proqnozu 4.8% idi.
Proqnozun üzərində reallaşan məlumat, İngiltərə Mərkəzi Bankına inflyasiyanı dayandırmaq üçün faiz artırması mövzusunda təzyiqi artıra bilər. Mərkəzi Bankın sabah keçiriləcək yığıncağında faiz artırması gözlənilirdi, ancaq koronavirusun Omikron variantının yaratdığı qeyri-müəyyənlik səbəbilə bu proqnoz təxirə salınıb.
Baza inflyasiya da aylıq 0.5%, illik 4% artıb. İllik artım 1997-ci ildən bu yana ən yüksək artım olaraq qeydə alınıb.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
6 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
6 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























