Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Pfizer, Arena Pharmaceuticals-ı 6,7 milyard dollara satın alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pfizer, Arena Pharmaceuticals-ı 6,7 milyard dollara satın alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amerikanını əczaçılıq şirkəti Pfizer, xərçəng və iltihablı xəstəlik müalicəsi biznesini genişləndirmək üçün Arena Pharmaceuticals şirkətini 6,7 milyard dollara satın almaq üçün razılaşma təmin etdiyini açıqlayıb.

Marja.az Pfizer-in yaydığı açıqlamaya istinadən xəbər verir ki, qastroenterologiya, dermatologiya və kardiologiya sahələri üçün dərmanlar inkişaf etdirən Arena Pharmaceuticals şirkəti, tədavüldəki səhmləri üçün Pfizer şirkətinin səhmbaşına 100 dollar olan təklifini qəbul edib.

Söz mövzusu təklif, mərkəzi ofisi Kaliforniyada yerləşən Arena Pharmaceuticals-ın səhmlərinin cümə günkü Birja bağlanış qiymətindən (49,94 dollar) 2 dəfə yüksəkdir.

Satınalmanın, icazələrin alınmasının ardından gələn ilin ilk yarısında tamamlanması gözlənilir.

Covid-19 peyvəndini Almaniyanın biotexnologiya şirkəti BioNTech ilə əməkdaşlıq edərək ilk inkişaf etdirən şirkətlərdən olan Pfizer, keçən ay xərçəng dərmanları inkişaf etdirən Trillium Therapeutics-i təxminən 2,22 milyard dollara satın almışdır.

Pfizer Arena Pharmaceuticals əczaçılıq qastroenterologiya dermatologiya kardiologiya
13.12.2021 20:49

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18