"Türkiyə Mərkəzi Bankı faizini 25%-ə yüksəltmək məcburiyyətində qala bilər"
Deutsche: TCMB gələn rüb faizini 10 bənd artırmaq məcburiyyətində qala bilər
Deutsche Bank, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMV) dollarlaşma, zəif Türk lirəsi və artan inflyasiya ilə əlaqədar olaraq 2022-ci ilin ilk rübünün sonlarına doğru əsas siyasət faizini 25%-ə yüksəltmək məcburiyyətində qala biləcəyini açıqlayıb. Hazırda TCMB-nin əsas faizi 15% səviyyəsindədir.
Marja.az xəbər verir ki, Deutsche Bank bir araşdırma hesabatında bazar şərtlərinin Türkiyə Cümhuriyyəti Mərkəzi Bankını 2022-nin ilk rübündə 10 bənd faiz artırmağa məcbur edəcəyini qeyd edib.
16 Dekabr tarixindəki yığıncaqda TCMB-nin 1 bənd faiz endirim etməsini gözləyən Deutsche Bank, sonrakı üç pul siyasəti yığıncağında isə aqressif bir faiz endirimi gözləmədiklərini bildirib.
Təcili bir faiz artırmaq qərarı qəbul edilməsinin hazırkı vəziyyətdə çətin olacağını qeyd edən təşkilat, TCMB-nin dollarlaşma, zəif Türk lirəsi və artan inflyasiya ilə əlaqədar olaraq 2022-nin ilk rübündə əsas siyasət faizini 25%-ə yüksəltməz məcburiyyətində qala biləcəyini qeyd edib.
İnflyasiyanın bu ilin sonunda 25% olacağını nəzərdə tutan Deutsche Bank iqtisadçıları, 2022-ci ilin ilk yarısında isə inflyasiyanın 30%-ə qədər qalxacağını düşünür. Deutsche Bank, məzənnənin atmasının inflyasiyaya əks olunacağını və minimum əməkhaqqındakı artımla birlikdə 2022-ci ilin May ayında inflyasiyanın 35% ətrafına çata biləcəyini də qeyd edib.
Türkiyə iqtisadiyyatının 2021-ci ildə 10,1% artmasını gözlədiklərini ifadə edən Bank, Türk lirəsindəki oynaqlığın istehlakçılar və biznes dünyası üçün qeyri-müəyyənliyi artıracağını, bunun da iqtisadi fəaliyyəti yavaşladacağını gözləyir. Deutsche Bank 2022-ci ildə Türkiyə iqtisadiyyatının 3,5% artacağını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
5 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
5 saat əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
5 saat əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
