Gələn il üçün əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub
Ölkəmizdə işçi qüvvəsinə dair ehtiyacların yerli əmək ehtiyatları hesabına təmin edilməsi, müvafiq iş sahələrinə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi kimi amillər əsas götürülür.
Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədə işin əlaqələndirilməsi məqsədi ilə yaradılmış, bir sıra dövlət qurumlarının təmsil olunduğu Komissiyanın iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, Komissiyanın sədri, Əmək vəƏhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərini qeyd edib. O, ölkəmizin əmək bazarında müsbət meyillərin davamlı xarakter aldığını, dayanıqlı inkişaf proseslərinin xarici əməkçi miqrantları üçün cəlbedici olduğunu bildirib.
Ölkəmizdə ixtisaslı işçi qüvvəsinə tələbatın əsasən yerli ehtiyatlar hesabına təmin edildiyini vurğulayan S.Babayev qeyd edib ki, hər il olduğu kimi növbəti il üçün əmək miqrasiyası kvotası üzrə təkliflər hazırlanıb. Bu təkliflərin hazırlanması zamanı ölkəmizdə işçi qüvvəsinə dair ehtiyacların yerli əmək ehtiyatları hesabına təmin edilməsi, müvafiq iş sahələrinə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi kimi amillər əsas götürülür.
Nazir həmçinin bu təkliflərin respublikadakı demoqrafik inkişaf, ölkənin əmək ehtiyatları vəəmək bazarında işəgötürənlərin işçi qüvvəsinə tələbləri ilə bağlı təhlillər əsasında hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, növbəti il üçün kvota təklifi müəyyənləşdirilərkən vakansiyaların ilk növbədə müvafiq peşə hazırlığına, əmək bacarıqlarına malik olan yerli işçi qüvvəsi üçün istifadə olunması prinsipi üstünlük təşkil edir.
İclasda 2021-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik edilməsi və 2022-ci il üçün əmək miqrasiyası kvotası üzrə təkliflər müzakirə
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
