Xalq Bankdan növbəti premium kart
(®) Xalq Bank ən yüksək tələbləri qarşılayan premium kartlarının çeşidini genişləndirir. Bu sıradan növbəti kart – Visa Infinite kartını artıq Xalq Bankın filiallarında əldə etmək olar. Bu kart, sahibinin yüksək statusunu vurğulayır və Visa International ödəniş sisteminin premium imkan və imtiyazlarından istifadə etmək imkanı verir.
Xalq Bankın Visa Infinite kartı vasitəsilə müştərilər dünyanın istənilən nöqtəsində müxtəlif premium xidmətlərdən faydalana biləcəklər. Belə ki, Visa Infinite sahibləri Visa Qlobal Dəstək (Visa Global Assistance) servisi, LoungeKey proqramı çərçivəsində dünya üzrə hava limanlarının biznes zallarına pulsuz keçid xidməti, səfər zamanı beynəlxalq səyahət sığortası, peşəkar Visa konsyerj servisi, eləcə də hava limanlarında fəaliyyət göstərən sürətli keçid (Fast Track) xidmətindən yararlanacaqlar.
Eyni zamanda Visa Infinite kartı ilə tərəfdaş şəbəkələrində təqdim edilən müxtəlif endirim təklifləri və aksiyalardan da faydalanmaq mümkündür. Əlavə olaraq, Visa Infinite ödəniş kart sahibləri il ərzində 10 dəfə COVID-19 testindən pulsuz istifadə edə bilərlər.
Xalq Bankın Visa Infinite kartını illik xidmət haqqını ödəməklə, yaxud karta ilkin mədaxil etməklə PULSUZ əldə etmək mümkündür. Həmçinin, pulsuz olaraq XalqOnline mobil tətbiqilə kart hesablarına onlayn nəzarət etmək və müxtəlif bank əməliyyatlarını məsafədən icra etmək olar. Məhsul haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bankın digər ödəniş kartları, məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi Facebook, Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)






.jpg)








