Binalarda quraşdırılan sayğaclar ilə bağlı "Azərişıq"a göstəriş verildi
MTK-lar tərəfindən sayğacların dəyərinin mənzil sahiblərindən tələb edilməsinə son qoyula bilər.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.
Marja.az Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, işə baxılması zamanı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün elektrik sayğaclarının onların özləri ilə deyil, mənzil-tikinti kooperativləri ilə bağlanılan müqavilə əsasında quraşdırıldığı və nəticədə sayğacların dəyərinin istehlakçılardan tələb edilməsi müəyyən olunub.
Qəbul edilən qərara əsasən, fiziki şəxs olan istehlakçıların müraciətləri və onlarla bağlanılan elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında elektrik sayğaclarının enerji təchizatı müəssisəsinin hesabına quraşdırılması barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə göstəriş verilib. Bu göstəriş elektrik enerjisi təsərrüfatı qanunvericiliklə müəyyən edilən qaydada istismara verilən çoxmənzilli yaşayış binalarına aiddir. Həmçinin sözügedən mənzillərin elektrik şəbəkəsinə qoşulmasından irəli gələn digər məsələlərin həlli, o cümlədən aidiyyəti normativ hüquqi aktlar üzrə nəzərdə tutulan tədbirlərin Səhmdar Cəmiyyət tərəfindən təmin edilməsi də qərarda öz əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 d. əvvəl
-
- 13 d. əvvəl
- 20 d. əvvəl
- 25 d. əvvəl
-
37 d. əvvəl
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
-
1 saat əvvəl
Milli Oftalmologiya Mərkəzi gələn il büdcədən 9 milyon manat alacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisini müzakirə etmişik"
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Ən çox oxunanlar
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti
Əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq mallar alıb
Azərbaycanda orta maaş 6,1 manat aşağı düşüb
"İdeal Kredit"in borclanması üçün hərrac keçiriləcək - borcverənlərə illik 14% ödəyəcək












.jpg)







.jpg)



