Bank ölən müştərilərə xidmət göstərdiyinə görə 80 milyon dollar cərimələnib
Avstraliyanın ən böyük banklarından biri olan "Westpac", ölən müştərilərdən xidmət haqlarının tutulması da daxil olmaqla, 10 ildən çox qanunsuz fəaliyyətlərinə görə 80 milyon dollardan çox cərimə ödəyəcək.
Marja.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Avstraliyanın Qiymətli Kağızlar və İnvestisiyalar üzrə Dövlət Komissiyası (ASIC) məlumat yayıb.
Tənzimləyicinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, Komissiya ölkənin ən böyük maliyyə-kredit təşkilatlarından birində - Westpac-da aşdırma aparıb. Məlum olub ki, bank tərəfindən yol verilmiş qanun pozuntuları bank, konsaltinq və sığorta xidmətləri alan istehlakçılara, eləcə də pensiya əmanətlərini banka etibar edənlərə böyük ziyan vurur.
Maliyyə tənzimləyicisi tərəfindən bankın fəaliyyətində aşkar edilən qanun pozuntuları arasında vəfat etmiş müştərilərə xidmət haqqı, sığorta polisləri ilə dələduzluq, qanunsuz komissiyaların yığılması, ödənişlər və tariflər barədə məlumatların müştərilərdən gizlədilməsi də var.
ASIC müəyyən edib ki, son on il ərzində bank tərəfindən müntəzəm pozuntular səbəbindən ən azı 67 min müştəri zərər çəkib. “Westpac və əlaqəli təşkilatlar 11 min müştərinin ölümündən sonra onlara göstərilən xidmətlərə görə 10 milyon Avstraliya dollarından çox (7,1 milyon ABŞ dolları) alıblar. Bankın ən azı 7 min müştərisi eyni sığorta polisi üçün bir neçə dəfə ödəniş edib.
Bundan əlavə, komissiya Westpac-ı mütəmadi olaraq tarifləri ilə bağlı bütün məlumatları müştərilərdən gizlətməkdə günahlandırıb. Bank qeyri-qanuni tariflər ilə müştərilərdən 12 milyon Avstraliya dolları (8,5 milyon ABŞ dolları) qazanıb. Sahiblərinin xəbəri olmadan gizli ödənişlər vasitəsilə 4,9 milyon ABŞ dolları hesablardan silinmişdir. Bu pozuntular 33 mindən çox insanın maraqlarına toxunub.
Westpac administrasiyası tənzimləyici tərəfindən müəyyən edilmiş bütün pozuntuları etiraf edib və 113 milyon Avstraliya dolları (80,6 milyon ABŞ dolları) məbləğində cərimə ödəməyə razı olub, bunun təxminən 80 milyon dolları (57 milyon ABŞ dolları) bankın müştərilərinə ziyana görə kompensasiya olaraq ödəniləcək.
Westpac 1817-ci ildə əsası qoyulmuş Avstraliyanın ən qədim bank təşkilatıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 34 d. əvvəl
-
49 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 58 d. əvvəl
-
1 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
1 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
2 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir





















